Naxçıvanda bir neçə kafenin fəaliyyəti dayandırıldı FOTOLAR
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Naxçıvan şəhəri, dairəvi yolun 1-ci kilometrliyində fəaliyyət göstərən kafelərdə həyata keçirilən dövlət nəzarəti tədbirləri zamanı normativ tələblərin pozulduğu məlum olub.
Agentlikdən "Unikal"a bildirilib ki, qida obyektlərində sanitar-gigiyenik tələblərə əməl olunmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi, döşəmə, tavan və divarların təmirsiz olduğu, müvafiq təmizlik işlərinin aparılmadığı, qida məhsulları ilə təmasda olan səthlərin hamar, yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, tullantılar üçün ağzı kip, qoxu yaymayan qabların təmin edilmədiyi aşkarlanıb.
Faktla bağlı təxirəsalınmaz tədbirlər görülüb, kafelərin fəaliyyəti dayandırılaraq icrası məcburi göstərişlər verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 09 Yanvar 2025 19:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















