Naxçıvanda antisanitar şəraitdə fəaliyyət göstərən bir neçə kafenin fəaliyyəti məhdudlaşdırılıb
Icma.az bildirir, Report.az saytına əsaslanaraq.
Naxçıvan şəhəri, Dairəvi yolun 1-ci kilometrliyində fəaliyyət göstərən kafelərdə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən dövlət nəzarəti tədbirləri zamanı normativ tələblərin pozulduğu məlum olub.
Agentlikdən "Report"un yerli bürosuna verilən məlumata görə, qida obyektlərində sanitar-gigiyenik tələblərə əməl olunmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi, döşəmə, tavan və divarların təmirsiz olduğu, müvafiq təmizlik işlərinin aparılmadığı, qida məhsulları ilə təmasda olan səthlərin hamar, yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, tullantılar üçün ağzı kip, qoxu yaymayan qabların təmin olunmadığı aşkarlanıb.
Faktla bağlı təxirəsalınmaz tədbirlər görülüb, kafelərin fəaliyyəti dayandırılaraq icrası məcburi göstərişlər verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 09 Yanvar 2025 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















