Icma.az
close
up
RU
Naxçıvanda bir sıra qurumların internet səhifələrinə giriş məhdudlaşdırılıb

Naxçıvanda bir sıra qurumların internet səhifələrinə giriş məhdudlaşdırılıb

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvanda bir sıra qurumların internet səhifələrinə giriş məhdudlaşdırılıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Prezidentin müvafiq sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”na əsasən ölkəmizdə informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin təmin olunması sahəsində zəruri tədbirlər görülməkdədir. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında elektron xidmətlərdən istifadənin asanlaşdırılması, rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi və qurumlarda informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Bu tədbirlərin davamı olaraq Nazirliyin mütəxəssisləri və aidiyyəti dövlət orqanları ilə birgə muxtar respublikada fəaliyyət göstərən dövlət qurumlarının internet informasiya ehtiyatlarının proqram təminatının, dizaynının, informasiya təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq qurumlarla monitorinqlər aparılıb.
Qurumların informasiya ehtiyatının rəqəmsallaşdırılması və texnoloji hazırlıq səviyyəsi ilə bağlı mövcud vəziyyət araşdırılıb və nəticədə Nazirliyin hostinq sistemində yerləşən, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2012-ci il tarixli Qərarındakı tələblərinə uyğun olmayan və SSL (təhlükəsizlik) sertifikatı mövcud olmayan 70-dən artıq veb-saytın fəaliyyəti ilə bağlı aidiyyəti qurumlara məlumatlar göndərilib. Həmçinin, Nazirlik tərəfindən muxtar respublikada informasiya təhlükəsizliyi tələblərinə cavab verməyən dövlət orqanlarının rəsmi internet səhifələrinə girişlər mərhələli şəkildə məhdudlaşdırılıb. Bunlarla yanaşı, 40-dan artıq qurumun rəsmi internet səhifəsi isə tələblərə uyğunlaşdırılaraq “AzStateNet” hostinq zonasında yerləşdirilib, eləcə də, qurumların domen ünvanları da müvafiq qaydada yenilənməklə “GOV.AZ” domeninə bağlı e-poçt adresləri ilə təmin edilir.
Qeyd edək ki, monitorinqlər “Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi” ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən dövlət orqanları internet informasiya ehtiyatlarını və elektron poçt ünvanlarının Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin xüsusi qorunan Data Mərkəzində yerləşdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2012-ci il tarixli Qərarındakı tələblərə uyğun aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Mart 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri