Icma.az
close
up
RU
Naxçıvanda dağ cığırları əsasında piyada marşrutları yaradılır AZƏRTAC

Naxçıvanda dağ cığırları əsasında piyada marşrutları yaradılır AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan, 23 dekabr, AZƏRTAC

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilmiş satınalma müsabiqəsinin qalibi olmuş “MOUNTAİN HOST AZERBAİJAN” MMC-nin nümayəndələri və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşları tərəfindən Şahbuz rayonunun Batabat yaylağı ərazisində dağ cığırları əsasında piyada marşrutlarının (hiking route) yaradılması üçün layihələndirmə işlərinə start verilib.

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu məqsədlə Şahbuz rayonunun Batabat yaylağına baş çəkilib. Dağ cığırları əsasında piyada marşrutlarının ilkin kəşfiyyatı, əlçatanlıqların, yol və yaxud cığır mövcudluqlarının araşdırılması aparılıb, həmin cığırlar üzrə yerləşdiriləcək istiqamət və məlumatverici nişanların siyahıları, sayları və boya nişanlarının yerləri müəyyən edilib. Dağ cığırları əsasında piyada marşrutlarının topoqrafik göstəricilərinə əsaslanan xəritələrin, dəqiq xəritələşdirməni təmin etmək üçün GPS yazılarının hazırlanması, eyni zamanda vəhşi təbiətə, bitki örtüyünə və su ehtiyatlarına potensial təsirlər də daxil olmaqla cığırların yaradılmasının ətraf mühitə təsirlərinin qiymətləndirilməsi, hündürlük dəyişiklikləri, ərazi növləri və mövcud ola biləcək hər hansı maneə və ya təhlükələr daxil olmaqla cığırların çətinlik səviyyəsi haqqında məlumatların toplanılması işləri görülüb.

Layihələndirmə işləri yekunlaşdırıldıqdan sonra növbəti mərhələdə nişanların quraşdırılması üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tenderin elan edilməsi və gələcək il ərzində dağ cığırlarının nişanlanması prosesinin başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, “hiking” şəhərdən kənar, təbiətdə uzun piyada gəzintilərə getmək fəaliyyətidir. “Hiking” adı altında xüsusilə dağ yürüşləri çox populyardır. Bu məqsədlə nəzərdə tutulmuş yollar bir çox hallarda əvvəlcədən məlum olur və bu yolları qısa müddət ərzində qət etmək mümkündür. Bir qayda olaraq “hiking”in başlanğıc və bitmə nöqtələri çox dəqiq təyin olunduğu üçün “hiking”lər təhlükəsizlik məqsədilə əsas marşrutdan demək olar ki, çıxmırlar.

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentindən bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planının icrasını təmin etmək istiqamətində tədbirlər davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2024 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri