Naxçıvanda daşınmaz əmlak sahəsində 9 mindən çox elektron müraciət daxil olub
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Naxçıvan, 23 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə hesabat dövründə hüquqi və fiziki şəxslər, o cümlədən notariat ofisləri tərəfindən ümumilikdə 9123 elektron müraciət daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron müraciətlərin sayında 93 faiz artım qeydə alınıb.
Qeyd edək ki, elektron xidmətlərin vahid platforma üzərindən təqdim edilməsi xidmətlərə çıxış imkanlarını asanlaşdırmaqla yanaşı, vaxta qənaət etməyə, işlərin tam şəffaf və rahat şəkildə həll olunmasına da kömək edir.
Müxbir- Nail Əsgərov
Bu mövzuda digər xəbərlər:Naxçıvanda daşınmaz əmlak sahəsində 11 min 746 elektron müraciət daxil olub
19 Noyabr 2026 10:26
Naxçıvanda daşınmaz əmlak sahəsində elektron müraciətlərin sayı 2,1 dəfə artıb
24 Avqust 2026 12:14
Naxçıvanda 9 ayda 8 minə yaxın daşınmaz əmlak qeydiyyata alınıb
22 Oktyabr 2025 10:54
Naxçıvanda 8635 daşınmaz əmlak qeydiyyata alınıb
18 Noyabr 2025 10:42
Naxçıvanda 932 yeni daşınmaz əmlak obyektinə ünvan verilib
24 Dekabr 2025 13:03
Baxış sayı:136
Bu xəbər 23 Sentyabr 2026 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















