Icma.az
close
up
RU
Naxçıvanda 8635 daşınmaz əmlak qeydiyyata alınıb

Naxçıvanda 8635 daşınmaz əmlak qeydiyyata alınıb

Icma.az, Marja.az saytına istinadən bildirir.

2025-ci ilin yanvar-oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 8635 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. 

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3794-ü torpaq sahəsi, 3271-i fərdi yaşayış və bağ evi, 1188-i mənzil, 181-i qeyri-yaşayış sahəsi,171-i qeyri-yaşayış binası, 30-u əmlak kompleksidir.

Cari ilin 10 ayında daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən ümumilikdə 1,9 milyon manat xidmət haqqı toplanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artım deməkdir.

Naxçıvanda Əmlak Məsələləri Dövlət Xidmətinə elektron müraciətlərin sayı artıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Naxçıvanda xidmətlərin daha rahat, şəffaf və operativ göstərilməsi məqsədilə elektron platformaların genişləndirilməsi üzərində işini davam etdirir.

2025-ci ilin yanvar-oktyabr aylarında hüquqi və fiziki şəxslər, həmçinin notariat ofisləri tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə 6164 elektron müraciət daxil olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14 faiz artım deməkdir.

Naxçıvanda 58 hərrac keçirilib

Bu ilin yanvar–oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsi, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi, ipoteka predmeti  olan əmlakın satışı və yerin təkindən istifadə ilə bağlı ümumilikdə 58 hərrac təşkil olunub.

Hərraclar Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən şəffaflıq və rəqabət prinsipləri əsasında keçirilib.

Keçirilən hərraclar nəticəsində dövlət mülkiyyətində olan 9 nəqliyyat vasitəsi, 8 qeyri-yaşayış sahəsi, 11 xammal və material özəlləşdirilib, bələdiyyələrə məxsus 15 torpaq sahəsi mülkiyyətə, 10 torpaq sahəsi icarəyə verilib. İpoteka predmeti olan  2 fərdi yaşayış evi, 1 mənzil satılıb. Bəhs olunan dövrdə yerin təkindən istifadə ilə bağlı 2 hərrac keçirilib.

Naxçıvanda 84 dövlət əmlakı özəlləşdirilib

2025-ci ilin yanvar–oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 84 dövlət əmlakı özəlləşdirilib.

Dövlət əmlakının özəlləşdirilməsindən ümumilikdə 1,2 milyon manat vəsait daxil olub. Bu məbləğin 898 min manatı Naxçıvan Muxtar Respublikasının büdcəsinə yönəldilib.

Eyni dövrdə muxtar respublika üzrə dövlət əmlakının registrindən 195 çıxarış verilib. 

Naxçıvanda dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 70 faiz artıb

2025-ci ilin yanvar–oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında dövlət mülkiyyətində olan əmlakların icarəyə verilməsi sahəsində işlər davam etdirilib.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyd olunan dövrdə 222 yeni icarə müqaviləsi bağlanıb, 159 müqavilənin müddəti uzadılıb.

Cari ilin 10 ayı ərzində qüvvədə olan müqavilələr üzrə dövlət büdcəsinə torpaq sahələrinin icarəsindən 274 min manat, qeyri-yaşayış sahələrinin icarəsindən isə 297 min manat olmaqla, ümumilikdə 571 min manat vəsait ödənilib.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə icarəyə verilmiş dövlət əmlakları üzrə daxilolmalarda 70 faiz artım deməkdir.

Naxçıvanda 859 daşınmaz əmlak obyektinə ünvan verilib

2025-ci ilin yanvar–oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 6235 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb.

Bunlardan 2240-ı əmlaka dair texniki pasport, 3995-i isə torpaq sahəsinə dair plan-ölçü sənədidir.

Hesabat dövründə əlavə olaraq, 624 torpaq sahəsi, 124 fərdi yaşayış evi, 72 mənzil, 22 qeyri-yaşayış binası, 15 qeyri-yaşayış sahəsi və 2 əmlak kompleksi olmaqla, ümumilikdə 859 yeni daşınmaz əmlak obyektinə ünvan verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://marja.az
archiveBu xəbər 18 Noyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri