Icma.az
close
up
RU
Naxçıvanda Dövlət Proqramı çərçivəsində səhiyyə sahəsində bir sıra önəmli layihələr icra olunub

Naxçıvanda Dövlət Proqramı çərçivəsində səhiyyə sahəsində bir sıra önəmli layihələr icra olunub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Naxçıvan, 23 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində səhiyyə sahəsində bir sıra önəmli layihələr icra edilib. Bu layihələr regionda səhiyyə infrastrukturunun müasirləşdirilməsinə və əhalinin sağlamlıq imkanlarının genişləndirilməsinə mühüm töhfələr verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi Xidmətin Təşkili Şöbəsinin müdiri Səmayə İbrahimova jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Dövlət Proqramının əsas prioritet istiqamətlərindən biri kimi Ailə Sağlamlıq Mərkəzləri yaradılıb və bu müəssisələr müasir tibbi avadanlıqlarla təchiz olunub. Ailə Sağlamlıq Mərkəzləri üçün ümumilikdə 27 ədəd portativ rentgen aparatı, 27 ədəd hematoloji analizator, 27 ədəd ultrasəs müayinə cihazı, 27 ədəd sidik analizatoru, 27 ədəd qanda üç aylıq şəkərin miqdarını ölçən cihaz, 27 ədəd portativ elektrokardioqraf cihazı, 100 ədəd ailə həkimi çantası və digər zəruri tibbi avadanlıqlar alınaraq istifadəyə verilib. Yoluxucu xəstəliklərə qarşı immunoprofilaktika tədbirlərinin vaxtında və effektiv şəkildə həyata keçirilməsi məqsədilə peyvəndlərin düzgün saxlanılması və soyuq zəncir sisteminə riayət olunması təmin edilib, bu məqsədlə 120 ədəd SMART soyuducu alınaraq Ailə Sağlamlıq mərkəzlərinə və peyvənd işi ilə məşğul olan tibb müəssisələrinə paylanıb.

Şöbə müdiri bildirib ki, Təcili tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də əhəmiyyətli addımlar atılıb. Belə ki, 52 ədəd tam təchizatlı təcili tibbi yardım avtomobili alının və yaxın zamanda təhvil veriləcək. Bundan əlavə, əvvəllər səkkiz lokasiyada fəaliyyət göstərən təcili tibbi yardım xidmətinin geolokasiyalarının sayı artırılaraq on dördə çatdırılıb. Eyni zamanda, hər bir Ailə Sağlamlıq Mərkəzində geolokasiyaların yaradılması planlaşdırılır: "Yeni yaradılacaq təcili tibbi yardım geolokasiyalarının müasir tibbi avadanlıqlarla təmin edilməsi məqsədilə mühüm satınalmalar həyata keçirilib. Bu çərçivədə hər birindən 64 ədəd olmaqla, xəstəbaşı monitorlar, infuziya pompası, şprislə işləyən pompa, venadaxili infuziyalar üçün nasoslar, 32 ədəd dörd motorlu və 32 ədəd üç motorlu funksional çarpayı, 32 ədəd larinqoskop dəsti, 32 ədəd defibrilyator monitor, 64 ədəd xəstəbaşı paneli, hər birindən 32 ədəd olmaqla xəstədaşıma xərəkləri, təcili yardım arabaları, xəstədaşıma kresloları, oksigen terapiya dəstləri, oksigen konsentratorları, portativ aspiratorlar və divarüstü diaqnostik dəstlər alınaraq təchizat həyata keçirilib".

Səhiyyə Nazirliyinin rəsmisi vurğulayıb ki, Proqram çərçivəsində icra edilən əsas layihələrdən biri də Hemodializ Mərkəzinin yaradılmasıdır. Bu mərkəzin yaradılmasında məqsəd Naxçıvan Muxtar Respublikasında dializ müalicəsinə ehtiyacı olan, xroniki böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşlara yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə şərait yaratmaqdır. Hemodializ xidmətlərinin təkmilləşdirilməsi məqsədilə də müasir avadanlıqların alınması təmin olunub. Belə ki, ümumilikdə 53 ədəd hemodializ cihazı, pasiyentlərin müalicə prosesində rahatlığını təmin etmək məqsədilə qurğuya inteqrasiya edilmiş Wi-Fi və qulaqcıq girişi olan, üç idarəetmə mühərrikli 48 ədəd hemodializ kreslosu alınaraq aidiyyəti üzrə paylanılıb. Artıq Şərur Rayon Mərkəzi Xəstəxanası, Kəngərli Rayon Mərkəzi Xəstəxanası, Culfa Rayon Mərkəzi Xəstəxanası və Ordubad Rayon Mərkəzi Xəstəxanasına bu avadanlıqlar təhvil verilib. Yeni yaradılmış Hemodializ Mərkəzinin yaxın günlərdə fəaliyyətə başlaması nəzərdə tutulur.

"Dövlət Proqramının bir digər mühüm istiqamətinə uyğun olaraq Seminar, Treninq və Simulyasiya Mərkəzi yaradılıb. Mərkəzin əsas məqsədi tibb işçilərinin ixtisas bacarıqlarına yiyələnməsi, praktik vərdişlərin öyrədilməsi və təkmilləşdirilməsi, yeni bacarıqların mənimsənilməsidir. Mərkəzin layihələndirilməsi cari il ərzində tamamlanmış, yaxın iki il ərzində tikilib istifadəyə verilməsi nəzərdə tutulur. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlığı Mərkəzi publik hüquqi şəxsin yeni binasının tikinti və təmir işləri mərhələli şəkildə həyata keçirilir. Tikinti sahəsində bütün söküntü işləri başa çatdırılıb, arakəsmə divarlarının inşası tamamlanıb, müxtəlif sahələrdə ilkin hamarlama və suvaqaltı işlər aparılıb. Tikinti prosesi podratçı təşkilat tərəfindən təsdiqlənmiş iş qrafikinə uyğun davam etdirilir", - deyə Səmayə İbrahimova əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri