Icma.az
close
up
RU
Naxçıvanda “Dövlətbiznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda tədbir keçirilib AZƏRTAC

Naxçıvanda “Dövlətbiznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda tədbir keçirilib AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Naxçıvan, 6 dekabr, AZƏRTAC

Dekabrın 6-da Naxçıvan şəhərində “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.

"Naxçıvan palas"da davam etdirilən tədbirdə Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişaf, biznes, investisiya mühiti, sahibkarlığın, özəl sektorun iqtisadi inkişafda rolu müzakirə edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli Naxçıvan Sənaye Parkının yaradılması haqqında Fərmanın imzalandığını xüsusi vurğulayaraq buna görə dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib.

Samir Seyidəhmədli tədbirin dövlət-biznes dialoqunun gücləndirilməsi baxımından əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu sahədə aparılan islahatlar iqtisadiyyatın davamlı və dayanıqlı olmasını təmin edir. "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" da bu məqsədə xidmət edir. Proqramda iqtisadiyyatın diversifikasiyası, kiçik və orta sahibkarlığın dəstəklənməsi, sahibkarlığın inkişafı və hüquqlarının qorunması kimi mühüm hədəflər müəyyənləşdirilib.

Dövlət qurumları ilə biznes subyektləri arasında əlaqələrin gücləndirilməsində müasir texnologiyaların və rəqəmsal mühitin tətbiqinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayan səlahiyyətli nümayəndənin müavini tədbirin işinə uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov cari ilin 11 ayında Naxçıvan Muxtar Respublikasında faktiki vergi daxilolmalarının ilk dəfə olaraq 200 milyon manatı ötdüyünü bildirib. Bu göstərici müəyyən olunan proqnoz məbləğindən 44,4 milyon manat və ya 28 faiz çoxdur.

Nazir müavini qeyd edib ki, 2024-cü ilin 11 ayında vergi daxilolmaları 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 52,4 milyon manat və ya 34,9 faiz, 2022-ci illə müqayisədə isə 86,5 milyon manat və ya 74,4 faiz artıb. Bununla yanaşı, 2024-cü ilin 11 ayında məcburi dövlət sosial sığorta daxilolmaları 8,1 faiz, işsizlik sığortası fonduna daxilolmalar 11 faiz, icbari tibbi sığorta daxilolmaları isə 16,7 faiz artıb. Aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 37,9 faiz artaraq 21 374-ə çatıb. 1 yanvar 2023-cü illə müqayisədə isə aktiv vergi ödəyicilərinin sayı 68,2 faiz, qeydiyyatda olan obyektlərin sayı 20,1 faiz, ƏDV ödəyicilərinin sayı 84,2 faiz, qeydiyyatda olan Online NKA-ların sayı 70,4 dəfə, aktiv POS-terminalların sayı isə 4,7 dəfə artıb.

Abbas İsmayılovun sözlərinə görə, dövlət əmlakının idarə olunmasında da müsbət nəticələr əldə olunub. Yeni bağlanmış icarə müqavilələrinin sayı 44 faiz azalsa da, icarədən büdcəyə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,4 faiz artıb. Özəlləşdirmədən daxilolmalar 39,5 faiz artaraq 2,6 milyon manat təşkil edib, muxtar respublika büdcəsinə və xüsusi vəsait hesabına daxilolmalar isə 40 faiz artıb. Bundan başqa, cari ilin 11 ayında 16,6 milyon manat güzəştli kreditin geri qaytarılması təmin olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur. Problemli kreditlərin geri qaytarılması isə 10,5 milyon manat təşkil edib və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14 dəfə artıb.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası üçün xüsusi vergi güzəştləri paketi hazırlanıb. Bu paket muxtar respublikada qeydiyyata alınan və orada fəaliyyət göstərən sahibkarlıq subyektlərinə şamil olunacaq.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Naxçıvanda iqtisadiyyatın, biznes mühitinin inkişafı ilə bağlı təşəbbüslərin artması, dövlət-özəl dialoqunun inkişafında xüsusi roluna görə həm Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Prezidentin Səlahiyyətli Nümayəndəliyinə, Naxçıvan Sahibkarlar Konfederasiyasına təşəkkürünü bildirib. Yeni güzəşt paketinin Naxçıvanda sahibkarlığın, biznesin inkişafına yeni bir təkan verəcəyini vurğulayıb. Sonra sahibkarların sualları və təklifləri əsasında geniş müzakirələr keçirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, təşkilatçılığı ilə keçirilən dövlət-özəl dialoqu platformasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Naxçıvan Sahibkarlar Konfederasiyasının nümayəndələri və sahibkarlar iştirak ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Dekabr 2024 20:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri