Icma.az
close
up
RU
Naxçıvanda FHN in yaradılmasının 20 ci ildönümü münasibətilə tədbir keçirilib FOTO

Naxçıvanda FHN in yaradılmasının 20 ci ildönümü münasibətilə tədbir keçirilib FOTO

Icma.az, Apa.az saytına istinadən bildirir.

Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib.

APA xəbər verir ki, əvvəlcə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub.

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi uğrunda canından keçən Vətən oğul və qızlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şahin Mirzəyev peşə bayramı münasibətilə kollektivi təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Nazir Şahin Mirzəyev Fövqəladə Hallar Nazirliyinin ötən 20 ildə həyata keçirdiyi tədbirlərdən, qazandığı uğurlar barədə məlumat verərək, ölkə başçısının tapşırıqlarına və fəaliyyət istiqamətlərinə uyğun olaraq üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gəldiyini bildirib. Diqqətə çatdırılıb ki, Fövqəladə Hallar Nazirliyinin yaranması, ölkəmizin fövqəladə hallarla mübarizədə daha sistemli və effektiv yanaşma tətbiq etməsinə imkan yaradıb.

Nazir qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, dövrün tələb etdiyi tapşırıqları uğurla yerinə yetirərək, fədakarlıqla çalışıb, bu gün isə Azərbaycan Respublikasının təhlükəsizliyinə töhfə verməkdə davam edirlər.

Çıxışının sonunda nazir Şahin Mirzəyev əminliklə bildirib ki, Ulu Öndər Heydər Əliyevin ideyalarına söykənən, cənab Prezident İlham Əliyevin hər zaman diqqət və qayğısını hiss edən Fövqəladə Hallar Nazirliyinin kollektivi vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması istiqamətində bundan sonra da var gücü ilə çalışacaq, cənab Ali Baş Komandanın bütün əmr və tapşırıqlarını uğurla yerinə yetirəcəkdir.

Tədbirdə xidmətdə fərqlənən bir qrup əməkdaşa təltiflər təqdim edilib.

Sonda Fövqəladə Hallar Nazirliyinin keçdiyi inkişaf yolundan bəhs edən video materiala baxış olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 Dekabr 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see321

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see309

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see294

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see264

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see246

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see223

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see216

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see206

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see200

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see191

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see188

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see178

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see155

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see155

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see154

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see146

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri