Icma.az
close
up
RU
Naxçıvanda güclü yanğına səbəb oldu 614 min cərimələndi

Naxçıvanda güclü yanğına səbəb oldu 614 min cərimələndi

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Naxçıvan Hərbi Məhkəməsində Culfa rayonu ərazisində baş vermiş yanğın hadisəsi ilə bağlı təqsirləndirililən şəxs barəsində hökm elan olunub.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, məhkəmə araşdırması zamanı müəyyən edilib ki, 1980-ci il təvəllüdlü, Culfa rayon sakini, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Abadullayev (soy ad şərtidir) xidmət etdiyi hərbi hissənin əmrlərinə əsasən Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında yerləşən ərazidə mühəndis hazırlıq işlərinə cəlb olunub.

Hadisə ötən il 16 iyulda baş verib. Təqsirləndirilən şəxs əraziyə səpələnmiş məişət tullantılarını toplayaraq köhnə səngər çuxuruna yığıb və alışqanla yandırıb. Daha sonra isə oda nəzarət etmədən ərazidən uzaqlaşıb. Nəticədə alov əvvəlcə quru otlara, daha sonra kolluq və ağaclara keçərək genişmiqyaslı yanğına səbəb olub.

Məhkəmə materiallarına əsasən, yanğın əvvəlcə Culfa rayon Milax bələdiyyəsinə məxsus 30,5 hektarlıq torpaq sahəsini əhatə edib. Burada çoxsaylı qoz, palıd, söyüd ağacları, eləcə də müxtəlif növ kol bitkiləri məhv olub və ya zədələnib. Daha sonra alov “Gəvik” dövlət meşəsinə keçərək 12 hektarlıq sahədə yaşıllıqların yanmasına səbəb olub.

Araşdırma zamanı müəyyən olunub ki, yanğın nəticəsində Milax bələdiyyəsinə 168 min 660 manat, “Gəvik” dövlət meşəsinə isə 35 min 981 manat ziyan dəyib. Beləliklə, ümumi zərər 204 min 641 manat təşkil edib.

Təqsirləndirilən şəxs məhkəmədə özünü tam təqsirli bilib. O, ifadəsində tullantıları yandırdıqdan sonra alovun yayılacağını düşünmədiyini, hadisəni ehtiyatsızlıqdan törətdiyini və əməlindən peşman olduğunu bildirib.

Zərərçəkmiş tərəflər Milax bələdiyyəsi və Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri məhkəmədə bildiriblər ki, təqsirləndirilən şəxsdən şikayətçi deyillər və ona qarşı mülki iddia irəli sürmürlər.

Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 260.1-2-ci maddəsi ilə təqsirli bilinib. O, vurulmuş ziyanın üç misli həcmində 613 min 923 manat məbləğində cərimə cəzasına məhkum edilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 Mart 2026 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see322

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see301

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see295

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see282

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see281

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see274

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see272

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see270

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see246

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see233

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see231

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see229

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see227

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see224

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see224

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see217

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see212

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see211

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see202

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri