Icma.az
close
up
RU
Naxçıvanda içməli və suvarma su təminatını yaxşılaşdıracaq 16 layihə icra olunacaq

Naxçıvanda içməli və suvarma su təminatını yaxşılaşdıracaq 16 layihə icra olunacaq

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Naxçıvan, 14 iyul, AZƏRTAC

Ötən il Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən həyata keçirilən mühüm layihələrdən biri Şahbuz rayonunda yerləşən "Qanlıgöl" sututarının su buraxıcı qülləsinin əsaslı təmiridir. Dəniz səviyyəsindən 2424 metr yüksəklikdə yerləşən, Naxçıvanın görkəmli tarixi şəxsiyyəti olan Kəlbalı xan Kəngərlinin himayəsi ilə 1864-cü ildə inşa edilmiş bu sututar bölgənin həm içməli, həm də suvarma suyunun təminatında önəmli paya sahibdir. Bu hövzə həm 350 hektar sahənin suvarılmasında, həm də içməli su kapitajlarının qidalanmasında mühüm rol oynayır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev deyib.

O qeyd edib ki, uzun müddət "Qanlıgöl" sututarının su buraxıcı qülləsində təmir-bərpa işlərinin aparılmaması həmin qüllənin müəyyən hissəsinin yararsız hala düşməsinə səbəb olub və bu da müəyyən ərazilərin su təminatında böyük problemlərə yol açıb: "Hər il biz yağıntıların azaldığını müşahidə edirik. Bu il də Naxçıvanda su ilə bağlı həyəcan təbili çalınır. Sututarlarımızda suyun azlığı bizə əsas verir ki, "Qanlıgöl" sututarına bənzər layihələri həyata keçirək. Ümumilikdə 850 min kubmetr tutumu olan sututarının artıq 830 min kubmetri, yəni 97 faizi dolub, bu da bölgə üçün mühüm əhəmiyyət kəsb edir".

İdarə rəisi vurğulayıb ki, bu gün "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planında nəzərdə tutulmuş, böhran vəziyyətindən çıxmağa imkan yaradacaq layihələr var. Bu layihələrdən ən mühümü Araz Su Anbarından Heydər Əliyev Su Anbarına təzyiqli boru xətti ilə suyun çəkilməsidir. 2025-2027-ci illər üçün Təfsilatlı Tədbirlər Planına əsasən, 16 layihənin icrası nəzərdə tutulub. Bunlardan artıq 12-nin icrasına başlanılıb. Eyni zamanda, 90-na yaxın kənd və qəsəbədə içməli su-kanalizasiya xətlərinin dayanıqlı su mənbələrindən qidalanmasının layihələndirilməsi üçün müqavilə bağlanılıb və yaxın zamanlarda icrasına başlanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri