Naxçıvanda iki avtomobil toqquşdu, 4 yaralı var
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Naxçıvan, 10 aprel, AZƏRTAC
Naxçıvanda baş verən qəzada 4 nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Babək rayonunun Araz kəndi yaxınlığında baş verib. 67-BN-063 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 67-BM-165 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobilin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Salmanov Nazim Yaqub oğlu, 1977-ci il təvəllüdlü Ələkbərova Aminə Həsənqulu qızı, 1963-cü il təvəllüdlü Muradov Hikmət Baxşəli oğlu və 1970-ci il təvəllüflü Fərzəliyeva Zülfünaz Vəli qızı xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Naxçıvanda 3 maşın toqquşdu 4 yaralı var
01 Oktyabr 2025 19:50
İki avtomobil toqquşdu 4 ölü, 2 yaralı
24 Avqust 2025 05:48
Naxçıvanda 5 avtomobil toqquşdu VİDEO
24 Noyabr 2024 22:27
İki maşın toqquşdu 4 yaralı var
09 Dekabr 2025 19:55
Naxçıvanda iki maşın toqquşdu, yaralanan var
25 Oktyabr 2026 22:46
Baxış sayı:84
Bu xəbər 10 Aprel 2026 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















