Naxçıvanda “Konstitusiya və Suverenlik İli”nin ilk ekoloji aksiyası keçirilib
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Martın 15-də Naxçıvan Muxtar Respublikasında “Konstitusiya və Suverenlik İli”nin ilk ağacəkmə aksiyası keçirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov, dövlət və hökumət nümayəndələri, ekokönüllülər, eləcə də ictimaiyyət nümayəndələri aksiyada iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayav məlumat verib ki, “Konstitusiya və Suverenlik İli” və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planınına uyğun olaraq cari il ərzində muxtar respublikada 408 hektarda 118 mindən çox tingin əkilməsi, 58 hektarda isə yeni bağların salınması nəzərdə tutulub.
Sonra Naxçıvan-Çalxanqala avtomobil yolunun kənarındakı 2,5 hektarlıq ərazidə yeni tut bağı salınıb, ötən il əkilən 2 hektarlıq ərazidə isə bərpa işləri aparılıb. Ümumilikdə, 4,5 hektar sahədə 3 min tut, badam və alma tingləri əkilib.
Səlahiyyətli nümayəndə ötən il ərazidə salınmış mövcud tut bağına da baxış keçirib, ərazidəki ağaclar suvarılıb, ekokönüllülərlə xatirə fotosu çəkdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 15 Mart 2025 19:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















