Icma.az
close
up
RU
Naxçıvanda məhsul istehsalında 22 faiz artım qeydə alınıb

Naxçıvanda məhsul istehsalında 22 faiz artım qeydə alınıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan, 8 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin bu il mayın 25-də imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahənin davamlı inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və istehsal-emal zəncirinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət Proqramında kənd təsərrüfatında məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi, fermerlərə dövlət dəstəyinin genişləndirilməsi və strateji məhsullar üzrə istehsalın artırılması əsas prioritetlər kimi müəyyənləşdirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, proqramın mühüm istiqamətlərindən biri strateji əhəmiyyət daşıyan taxılçılıq sektorunun inkişafıdır. Sənədə əsasən, 2030-cu ilədək ixtisaslaşmış rayonlarda buğda üzrə orta məhsuldarlığın hər hektardan 50 sentnerə çatdırılması, istehsalın təxminən 20 faiz artırılması və ölkənin özünütəminetmə səviyyəsinin yüksəldilməsi hədəflənir.

Həyata keçirilən tədbirlər müsbət nəticələr verir

Bu istiqamətdə Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməkdədir. Muxtar respublikada bu il 13 min 778,1 hektar taxıl sahəsində biçin aparılıb və ötən illə müqayisədə məhsul istehsalında 22 faiz artım qeydə alınıb. Biçilmiş sahələrin 4108,2 hektarını buğda, 9669,9 hektarını isə arpa təşkil edib. Ümumilikdə, 45 min 914,2 ton taxıl istehsal olunub ki, bunun da 15 min 320,4 tonu buğdanın, 30 min 593,8 tonu isə arpanın payına düşür. Taxıl üzrə orta məhsuldarlıq hər hektardan 33,3 sentner, o cümlədən buğda üzrə 37,3 sentner, arpa üzrə isə 31,6 sentner təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə muxtar respublikada 15 min 29,4 hektar sahədən 37 min 648,8 ton taxıl toplanmışdı və orta məhsuldarlıq hər hektardan 25,1 sentner olmuşdu. Beləliklə, bu il taxıl istehsalının həcmi ilə yanaşı, məhsuldarlıq göstəricisində də əhəmiyyətli artım əldə edilib.

Babək rayonunda da taxılçılıqda ciddi artım müşahidə olunur. Bu il rayonda orta məhsuldarlıq 34,4 sentner olmaqla 14 min 747,8 ton məhsul əldə edilib. Rayonun ən böyük təsərrüfatçılarından biri, Nəzərabad kənd sakini Asif Əliyev 30 ildir əkinçiliklə məşğuldur. Onun 30 hektara yaxın torpaq sahəsi var. Təsərrüfatçı, həmçinin 4 hektar sahədə yonca toxumu da yetişdirir.

"Lizinq xidməti fermerlər üçün böyük dəstəkdir"

Asif Əliyev bildirib ki, uzun illərdir yonca toxumçuluğu ilə məşğul olur və Şahbuz rayonunun müxtəlif kəndlərindən fermerlər onun təsərrüfatından toxum alırlar. O, həmin toxumdan Bakı şəhərinə də göndərir. Təsərrüfatçı il ərzində 50-60 ton taxıl istehsal edərək məhsulunu əsasən Şahbuz sakinlərinə satır. Fermer qiymətlərdə güzəşt etdiyini, hətta taxılı öz avtomobili ilə kənd sakinlərinə çatdırdığını vurğulayıb.

Onun sözlərinə görə, bu ilin mayında Prezident İlham Əliyevin taxılçılığın inkişafı ilə bağlı müşavirədəki çıxışından sonra fermerlərdə bu sahəyə maraq və inam daha da artıb. Bu stimul onun öz təsərrüfatında da taxıl əkinlərini genişləndirməsinə təsir edib və növbəti əkin mövsümü üçün taxıl sahəsini 5 hektar artıraraq 20 hektara çatdırıb. Lizinq xidmətləri də fermer üçün mühüm dəstək rolunu oynayıb. Fermer qeyd edib ki, Nəzərabadda torpağın şumlanması xüsusi texnika ilə 100-120 manata başa gəldiyi halda, lizinq xidməti ilə bu məbləğ təxminən 50 manat təşkil edir.

Asif Əliyev taxılçılıqda yüksək məhsuldarlıq üçün yalnız əkin və şumun kifayət etmədiyini, sahələrə vaxtında və düzgün qulluq göstərilməsinin, eləcə də keyfiyyətli toxum seçiminin vacib olduğunu bildirib: “Şərurda bir fermerin əkdiyi “Alekseiç” sortundan hər hektardan 100 sentnerə qədər məhsul götürüldüyünü eşitdim. Artıq həmin fermerlə razılaşmışam və təxminən 4 ton toxum gətirib əkməyi planlaşdırıram”.

Suvarma məsələsinə də toxunan A.Əliyev sahələrinin su kanalından təxminən 2 kilometr məsafədə yerləşdiyini, suvarma imkanlarının yaxşılaşdırılmasının məhsuldarlığa mühüm töhfə verəcəyini qeyd edib: “Şükür Allaha, Heydər Əliyev Su Anbarında suyumuz boldur, bizi susuz qoymayıblar. Ancaq ərazinin böyüklüyü nəzərə alınmaqla suyun həcmi artırılsa, suvarma prosesindəki çətinliyimiz tamamilə aradan qalxar və məhsuldarlıq daha da artar”.

Dövlət dəstəyi fermerlərin işini asanlaşdırır

Cəhri qəsəbə sakini, 22 illik təcrübəyə malik aqronom-təsərrüfatçı Adəm Allahverdiyev də ötən il 7 hektarda taxıl, 2,5 hektarda qarğıdalı, 4,5 hektarda isə yonca əkərək yüksək məhsuldarlıq əldə etdiyini bildirib. Təsərrüfatçı bu il 10 hektara yaxın sahəni şumlatdırıb və taxıl əkinlərini 10 hektardan yuxarı artırmağı, həmçinin qarğıdalı sahələrini genişləndirməyi planlaşdırır.

A.Allahverdiyev dövlət tərəfindən verilən subsidiyaların, lizinq yolu ilə texnika təminatının və gübrə dəstəyinin böyük kömək olduğunu vurğulayıb: “Dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunmuşuq. Əvvəllər azot verilirdisə, indi fosfor gübrəsi də verilir ki, bu da məhsuldarlığın artmasına ciddi kömək edir”.

Naxçıvanda əldə olunan nəticələr göstərir ki, dövlət dəstəyi, müasir aqrar yanaşmalar və fermerlərin zəhməti birləşdikdə taxılçılıqda daha yüksək göstəricilərə nail olmaq mümkündür. Aqrar sahədə həyata keçirilən ardıcıl tədbirlər fermerlərin istehsal imkanlarının genişlənməsinə, müasir texnika və resurslardan daha səmərəli istifadəsinə şərait yaradır. Subsidiyalar və güzəştli mexanizmlər isə fermerlərin istehsal xərclərinin müəyyən hissəsinin qarşılanmasına, təsərrüfatların daha dayanıqlı fəaliyyət göstərməsinə imkan verir.

Müxbir- Nail Əsgərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri