Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Naxçıvanda məktəblilər Zəfərin şahidləri ilə görüşüblər

Naxçıvanda məktəblilər Zəfərin şahidləri ilə görüşüblər

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Naxçıvan, 14 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin 5-ci ildönümü ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq “Zəfərin şahidləri” layihəsi çərçivəsində ardıcıl tədbirlər keçirilir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, layihənin əsas məqsədi gənclərdə vətənpərvərlik ruhunu, dövlətə və ordumuza sevgini daha da gücləndirmək, qəhrəman hərbçilərimizin döyüş yolunu öyrətmək və tərənnüm etməkdir.

Layihə çərçivəsində Gənclər və İdman, Təhsil nazirlikləri və "Naxçıvan Qaziləri" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 1 və 2 nömrəli tam orta məktəblərinin yuxarı sinif şagirdləri ilə müharibə iştirakçıları arasında görüş təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızı bir dəqiqəlik sükutla yad ediblər. Təşkilatçı qurumların əməkdaşları çıxış edərək layihənin məqsəd və əhəmiyyəti barədə danışıb, Azərbaycan Ordusunun tarixi Qələbəsinin gənclərin vətənpərvərlik tərbiyəsinə mühüm töhfə olduğunu vurğulayıblar.

Vətən müharibəsi iştirakçıları — Pərvin Muradov, Vidadi Məmmədov, İmran Səfizadə və Seymur Məmmədov öz döyüş xatirələrini bölüşüb, Ordumuzun yüksək döyüş hazırlığı, hərbçilərimizin göstərdiyi qəhrəmanlıqlar, möhtəşəm tarixi zəfərin əhəmiyyəti barədə fikirlər səsləndiriblər. Hərbçilər, həmçinin şəhidlərimizin şücaətindən, Vətən uğurundakı fədakarlıqlarından danışıb, onların xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Müharibə iştirakçıları şagirdləri maraqlandıran sualları ətraflı şəkildə cavablandırıb, onlara tövsiyələr veriblər.

Qeyd edək ki, layihə qrafikə uyğun olaraq şəhərin digər ümumtəhsil məktəblərini də əhatə edir. Bu cür görüşlərin təşkili növbəli şəkildə davam etdiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see505

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see477

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see286

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see267

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see260

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see259

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see250

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see248

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see247

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see243

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see238

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see226

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see225

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see216

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see214

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see203

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see200

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see197

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri