Icma.az
close
up
RU
NAXÇIVANDA “NƏQLİYYAT LOTULARI” Marşrut avtobuslarının sürücülərindən rəsmi qurumlara müraciət...

NAXÇIVANDA “NƏQLİYYAT LOTULARI” Marşrut avtobuslarının sürücülərindən rəsmi qurumlara müraciət...

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Naxçıvan Muxtar Respublikası (MR), Nehrəm kəndinin bir qrup sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Marşrut sürücüsü olduqlarını bildirən şikayətçilərin müraciətini olduğu kimi dərc edirik:

“Hörmətli redaksiya!

Biz Nehrəm kənd marşrut xəttində işləyirik. Marşrut xətti Babək rayonundan keçir. İllərdir oradan Naxçıvan şəhərinə sərnişin daşıyırıq. Vasif Talıbovun vaxtında keçmiş nəqliyyat naziri Əli müəllim (soyadını dəqiqləşdirə bilmədik - red.)öz mənfəəti üçün 6 nömrəli marşruta yeni bir xətt də əlavə etdi. Bu vasitə ilə də marşrut xəttindən gələn gəlir nəqliyyat nazirinin cibinə getdi.

Vasif Talıbovun hakimiyyətindən sonra dövlətimizin ayırdığı maşınlar qaraj müdiri Əjdər müəllimlə sürücülər arasında bölündü. Sürücülər və Əjdər müəllim buna məhəl qoymayaraq, əlbir şəkildə həmin marşrutlardan öz şəxsi malları kimi istifadə edirlər.

Qeyd edək ki, 6 nömrəli marşrut xəttində Cəsarət adlı sürücü də nə nəqliyyat nazirliyini sayır, nə də qanunlara əməl edir. Kənddən gələn mikroavtobusların intervalına daxil olaraq, onların sərnişin daşımalarına mane törədirlər. Hətta Cəsarət və digərləri kənddən gələn marşrutların önünə keçərək, böyük avtobusları mikroavtobusların üzərinə sürərək, onların sərnişin daşımalarına mane olur. Sanki Babək rayonunu onlara həvalə ediblər. Onlar kəndlərdən gələn sərnişin avtobuslarının interval cədvəlini öyrənib, həmin maşınların qabağınca gedərək, bütün sərnişinləri yığırlar. Etirazımızı bildirdikdə isə, “mən nə edirəmsə, yaxşı edirəm, heç kəs mənə heç nə edə bilməz”, - deyir.

Onu da qeyd edək ki, Cəsarət nəqliyyat vasitəsini idarə edərkən telefonla danışır, surət həddini aşır. Nəqliyyat Nazirliyi bu adamın bütün qanunsuzluqlarına göz yumur.

Bir sözlə, Cəsarət, Əjdər və digərləri bizim çörəyimizə bais olurlar. Səlahiyyətli qurumlardan xahiş edirik ki, bir tədbir görülsün. Bizi o həddə çatdırırlar ki, dava-qırğın düşsün.

Sonda onu da bildirək ki, marşrut avtobusların çoxu xarabdır, işıqları işləmir. Belə maşınları düzəltdirmədən idarə edirlər. Onların təmirinə ayrılan pullar isə “yeyilir”.

Məsələ ilə bağlı Naxçıvan Daxili İşlər Nazirliyinə də müraciət göndərmişik. Lakin hələ şikayətimizin bir nəticəsi yoxdur”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Mart 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri