Icma.az
close
up
RU
Naxçıvanda ötən il qazanılan uğurlar və qarşıdakı dövrdə görüləcək işlər açıqlanıb

Naxçıvanda ötən il qazanılan uğurlar və qarşıdakı dövrdə görüləcək işlər açıqlanıb

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Naxçıvan Muxtar respublikasının gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov nazirliyin ötənilki fəaliyyəti, qazanılan uğurlar və qarşıdakı dövrdə görüləcək işlərlə bağlı mətbuat konfransı keçirib.

İdman.biz xəbər verir ki, o, 2024-cü ildə qurumun fəaliyyəti baxımından yaddaqalan olduğunu bildirib, görülən işlərdən bəhs edib.

Qeyd olunub ki, nazirlik dövlət gənclər və idman siyasətinin icrası istiqamətində ümumilikdə 365 tədbir keçirib, müxtəlif layihələr icra edib. Gənclərin hərtərəfli inkişafı, sağlam həyat tərzinə cəlbi, karyera imkanlarının artırılması, əhaliyə idman xidmətlərinin əlçatanlığının təmini, məşqçi və idmançıların peşəkar inkişafı və digər istiqamətlərdə davamlı işlər görülüb.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq gənclərin şəxsi və peşəkar inkişafı istiqamətində müxtəlif mövzularda şəxsi inkişaf təlimləri təşkil edildiyini, Naxçıvan şəhəri üzrə 8 yerdə açıq hava idman qurğularının istifadəyə verildiyini xatırladan Seyidov dövlətin həyata keçirdiyi bu tədbirlərin davam edəcəyini bildirib. Əlavə olunub ki, cari il ərzində muxtar respublikanın rayon və şəhərlərində, böyük qəsəbələrində olmaqla, ümumilikdə 11 yerdə sadə tipli idman qurğularının quraşdırılması nəzərdə tutulub. Bundan başqa, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Sağlam məhəllə” layihəsinin muxtar respublikanın Babək, Culfa və Şahbuz şəhərlərində həyata keçirilməsi nəzərdə tutulur. Bütün bu işlər nəticəsində il sonuna kimi muxtar respublikanın bütün bölgələri daxil olmaqla, əhalinin ödənişsiz istifadəsinə veriləcək idman meydançalarının ümumi sayı 22-ə yüksələcək. Dövlət və özəl investisiya əsasında Naxçıvan şəhərində və bir sıra regionlarda icra olunan və ya planlaşdırılan infrastruktur layihələri barədə məlumatlar diqqətə çatdırılıb.

Nazir müavini Naxçıvan idmançılarının ötən il dünya, Avropa çempionatları, beynəlxalq turnirlər, Azərbaycan çempionatı və birinciliklərində 72-si qızıl, 71-gümüş və 58-i bürünc olmaqla, ümumilikdə 201 medal qazanıldığını, uğur tendensiyasının cari ildə də davam etdiyini diqqətə çatdırıb. İdmançıların qazandığı yüksək nəticələr arasında Röya Abdullayeva və Əli Əsgərovun Avropa, Xalədicə Bayramova ilə Vüsal Seyidovun dünya çempionluqları, ölkə birincisi olan ilk Naxçıvan cüdoçusu kimi Ləman Bağırova və digərlərinin tarixi uğurları Naxçıvanda uğurla icra olunan idman siyasətinin bəhrəsi kimi dəyərləndirilib.

Nazir müavini vətəndaş qəbulu, könüllülərlə iş, əməkdaşlıq əlaqələri, gənclərə və idmançılara göstərilən dövlət dəstəyi və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.

O, jurnalistlərin mövcud məsələlərin həlli və gələcəkdə görüləcək işlərlə bağlı ünvanladıqları suallara cavab olaraq bildirib ki, cari ildə karate üzrə beynəlxalq turnirin o cümlədən bir sıra idman növlərində ölkə əhəmiyyətli idman yarışlarının təşkili planlaşdırılır. Vətəndaş müraciətləri, sahibkarlardan gələn təkliflər və ümumi analizlər gözdən keçirilir, idmanın maddi-texniki bazasının yenilənməsi, o cümlədən yenidənqurma, təmir işlərinin aparılması gələcək perspektivdə aktuallığını qoruyur.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Mart 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see186

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see150

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see137

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri