Icma.az
close
up
RU
Naxçıvanda “100 ilin ictimaisiyasi fəal qadını” layihəsi həyata keçirilir AZƏRTAC

Naxçıvanda “100 ilin ictimaisiyasi fəal qadını” layihəsi həyata keçirilir AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Naxçıvan, 28 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının ilk qadın dirijoru, xormeyster Səidə Məmmədova muxtar respublikanın 100 illik yubileyi ilə əlaqədar “100 ilin ictimai-siyasi fəal qadını” layihəsi çərçivəsində ictimai-siyasi həyatda səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təltif olunub.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə onun həyat yoluna nəzər salınıb, uzunmüddətli səmərəli fəaliyyətindən danışılıb.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova bildirib ki, “100 ilin ictimai-siyasi fəal qadını” layihəsi qadınların son bir əsrdə ictimai-siyasi proseslərdə oynadığı mühüm rolu vurğulamaq və onların əldə etdiyi nailiyyətləri geniş ictimaiyyətə tanıtmaq məqsədi daşıyan bir təşəbbüsdür. Muxtariyyətinin 100 illiyini böyük təntənə ilə qeyd etdiyimiz Naxçıvanda bu layihə qadınların tarixi və müasir nailiyyətlərini qeyd etməklə yanaşı, həm də onların gələcək uğurlarını dəstəkləmək məqsədini daşıyır.

Aytən Məmmədova qeyd edib ki, ömrünün 60 ildən çoxunu muxtar respublikada mədəniyyət və incəsənətin inkişafına həsr edən Səidə Məmmədova da seçilən qadınlardan biridir.

Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, professor, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Fortepiano kafedrasının kafedra müdiri Səidə Məmmədova uzun illər incəsənət sahəsində müxtəlif vəzifələrdə çalışdığını qeyd edərək bildirib ki, ömrünü xor sənətinin inkişafına həsr edib, həmişə dövlətə, dövlətçiliyə bağlı olub, ona göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edib.

Sonda Səidə Məmmədova “Yüz ilin ictimai-siyasi fəal qadını” layihəsi çərçivəsində ictimai-siyasi həyatda səmərəli fəaliyyətinə görə Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təltif olunub, komitənin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin hədiyyələri təqdim edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Dekabr 2024 00:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri