Icma.az
close
up
RU
Naxçıvanda Polis Məktəbinə kursant qəbulu başladı VİDEO

Naxçıvanda Polis Məktəbinə kursant qəbulu başladı VİDEO

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Müsabiqədə Azərbaycan dilini sərbəst bilən, tam orta təhsilli, boyu azı 175 sm, yaşı  30-dan çox,  20-dən az olmayan və müddətli həqiqi hərbi xidmət keçmiş Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər..

Namizədlər Naxçıvan MR Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasından müayinədən, habelə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində yaradılmış fiziki hazırlıq və seçmə komissiyalarında müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər 
Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı ixtisas seçimində iştirak etmək üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilir. 
İmtahanlar test üsulu ilə, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanları formatında (Azərbaycan dili, riyaziyyat, xarici dil fənləri üzrə), Azərbaycan dilində keçirilir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinə qəbul olunmuş kursantlar təhsil müddəti ərzində dövlət hesabına xüsusi geyim forması, təqaüd, yataqxana və yeməklə təmin edilirlər. Məktəbdə tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 2 ildir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbini müvəffəqiyyətlə bitirmiş məzunlara Məktəbdə yaradılan Dövlət Attestasiya Komissiyasının qərarı ilə  “Hüquq-mühafizə fəaliyyəti” ixtisası və “polis kiçik leytenantı” xüsusi rütbəsi verilir. 
  Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- tam orta təhsil haqqında sənəd (attestat);
- yaşayış yeri üzrə tibb müəssisəsindən Daxili İşlər Nazirliyinə təqdim olunması üçün sağlamlıq haqqında arayış;
- hərbi bilеt;
- əmək kitabçası;
- arayış (ailə tərkibi və yaşayış yeri haqqında, işləyənlər üçün isə əlavə olaraq iş yerlərindən);
- xasiyyətnamə (yaşayış və ya iş yerindən);
- 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm  ölçüdə 4 ədəd fotoşəkil.
Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları: 
060-600-11-00
050-356-64-24

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:350
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Dekabr 2024 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri