Icma.az
close
up
RU
Naxçıvanda rabitə və poçt xidmətlərinin müasir idarəetmə modelinə keçidi təmin olunur

Naxçıvanda rabitə və poçt xidmətlərinin müasir idarəetmə modelinə keçidi təmin olunur

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasında poçt və telekommunikasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi, infrastrukturun modernləşdirilməsi və xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni hüquqi və institusional model formalaşdırılmışdır. Bu məqsədlə müvafiq qərara əsasən “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb, Cəmiyyətin Nizamnaməsi təsdiq edilib, qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınıb və hüquqi şəxs kimi fəaliyyətə başlaması üçün zəruri prosedurlar tamamlanıb. Hazırda MMC-nin təşkilati strukturunun formalaşdırılması, ştat cədvəlinin təsdiqi, kadrların komplektləşdirilməsi, funksional bölmələrin yaradılması və idarəetmə mexanizmlərinin qurulması istiqamətində ardıcıl işlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal  İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən “Xalq” qəzetinə verilən məlumata görə, yeni yaradılmış Mərkəzin əsas məqsədi poçt və telekommunikasiya sahəsində mövcud resursların vahid idarəetmə altında birləşdirilməsi, idarəetmədə çevikliyin artırılması, xərclərin optimallaşdırılması, texniki və insan resurslarından səmərəli istifadə olunması, həmçinin müasir xidmət modellərinin tətbiqidir. Bu struktur vasitəsilə həm poçt rabitəsi, həm də internet və digər rəqəmsal xidmətlər üzrə planlaşdırma, istismar, inkişaf və nəzarət funksiyalarının koordinasiyalı şəkildə həyata keçirilməsi nəzərdə tutulur. “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin fəaliyyəti çərçivəsində:

poçt və telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, fiber-optik və rəqəmsal şəbəkələrin genişləndirilməsi, xidmət keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması,
elektron xidmətlərin və rəqəmsal platformaların tətbiqi, region üzrə vahid texniki standartların formalaşdırılması, kadr potensialının gücləndirilməsi və peşəkar idarəetmə modelinin qurulması
əsas prioritet istiqamətlər kimi müəyyən edilmişdir. Eyni zamanda Mərkəz “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş rəqəmsal infrastrukturun genişləndirilməsi, yüksək sürətli internetə çıxışın təmin edilməsi və əhalinin rabitə xidmətlərinə əlçatanlığının artırılması üzrə tədbirlərin icrasında aparıcı institusional platforma rolunu oynayacaqdır.

Hazırda təşkilati quruculuq mərhələsi davam edir. Yaxın dövrdə struktur bölmələrinin tam formalaşdırılması, fəaliyyət planlarının təsdiqi, investisiya və texniki inkişaf proqramlarının hazırlanması, habelə poçt və telekommunikasiya xidmətlərinin vahid konsepsiya əsasında yenidən təşkili nəzərdə tutulur.

Beləliklə, “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin yaradılması muxtar respublikada rabitə və poçt sektorunun institusional baxımdan yeni mərhələyə keçidini, xidmətlərin keyfiyyətcə yüksəlməsini, rəqəmsal transformasiyanın sürətlənməsini və uzunmüddətli dayanıqlı inkişafın təmin edilməsini hədəfləyən strateji addım kimi qiymətləndirilir.

Səbuhi HƏSƏNOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Yanvar 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see499

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see226

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see212

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see204

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see196

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see192

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see192

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see180

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see166

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see158

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see151

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri