Naxçıvanda hemodializ xidmətlərinin təkmilləşdirilməsi məqsədilə xəstəxanalar müasir tibbi avadanlıqlarla təmin olunub
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Naxçıvan, 21 iyun, AZƏRTAC
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Naxçıvan Muxtar Respublikasında hemodializ xidmətlərinin təkmilləşdirilməsi məqsədilə Culfa Regional Tibb Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən Culfa Rayon Mərkəzi Xəstəxanası və Ordubad Rayon Mərkəzi Xəstəxanası müasir tibbi avadanlıqlarla təmin olunub.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, xəstələrin müalicə prosesinin daha rahat və effektiv təşkili məqsədilə xəstəxanalara yeni hemodializ cihazları və hemodializ kresloları təhvil verilib.
Təqdimat prosesində iştirak edən Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov bu addımın bölgədə hemodializ xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və vətəndaşlara göstərilən tibbi xidmətin əlçatanlığının artırılmasına xidmət edəcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 21 İyun 2025 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















