Icma.az
close
up
RU
Naxçıvanda şəhid və qazi ailələri üçün ziyafət təşkil olundu FOTO

Naxçıvanda şəhid və qazi ailələri üçün ziyafət təşkil olundu FOTO

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

23 avqust 2025-ci il, Naxçıvan – Azərbaycan xalqının qəhrəman övladlarının müqəddəs xatirəsini əziz tutmaq və onların ailələrinə göstərilən diqqət və qayğını daha da gücləndirmək məqsədilə Naxçıvanda möhtəşəm tədbir keçirilib.Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin təşkilatçılığı və Cahan Holdinqin sosial məsuliyyət təşəbbüsü çərçivəsində şəhid və qazi ailələri üçün xüsusi ziyafət təşkil olunub.
 

Tədbir çərçivəsində “XTQ veteranları, şəhid ailələri ilə işin gücləndirilməsi” adlı forum da keçirildi. Forumda Azərbaycan və Türkiyədən olan qazi və şəhid ailələri bir araya gələrək həmrəylik nümayiş etdirdilər, qarşılıqlı təcrübə mübadiləsi apardılar və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.


Çıxış edən natiqlər dövlət dəstəyi, ictimai birliklərin fəaliyyəti və biznes qurumlarının sosial məsuliyyət təşəbbüslərinin vəhdətinin əhəmiyyətini vurğulayaraq bildiriblər ki, bu əməkdaşlıq şəhid ailələri və qazilər üçün daha geniş miqyaslı dəstək mexanizmlərinin formalaşmasına xidmət edir. Tədbir həm Azərbaycan–Türkiyə qardaşlığının sarsılmaz birliyinin təzahürü, həm də Vətən uğrunda canını fəda edənlərin ailələrinə ehtiramın bariz nümunəsi kimi dəyərləndirilib.
XTQ Qaziləri, Şəhid Ailələri və Veteranları İB sədri Bəhruz Məmmədzadə çıxış edərək bildirib ki, “Bu forum dövlətimizin dəstəyi ilə birliyimizin səsini dünyaya çatdırmaq, şəhidlərimizin müqəddəs xatirəsini yaşatmaq və qazilərimizin daim yanımızda olduğunu göstərmək baxımından mühüm əhəmiyyət daşıyır. Əminik ki, bu kimi tədbirlər gələcəkdə daha güclü həmrəylik və sosial dəstək mexanizmlərinin qurulmasına yol açacaq.

”“Cahan Holdinq” KŞİ-də aparat rəhbəri Azər Cəfərov çıxış edərək holdinqin prezidenti Vüqar Abbasovun salamını çatdırıb. O bildirib ki, “Cahan Holdinq olaraq sosial məsuliyyət fəaliyyətlərimizi hər zaman prioritet hesab edirik. Şəhid və qazi ailələrinin yanında olmaq, onların problemlərinə diqqət göstərmək bizim üçün mənəvi borcdur. Bu tədbir yalnız bir ziyafət deyil, həm də hörmət, ehtiram və həmrəyliyin təcəssümüdür. Gələcəkdə də bu istiqamətdə layihələrimizi davam etdirəcəyik.”


Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya çıxış edərək bildirib ki, “Türkiyə və Azərbaycan arasındakı qardaşlıq xüsusən də şəhid ailələri və qazilərimizin birliyi üzərində daha da möhkəmlənir. Bu forum qardaş ölkələrimiz arasındakı sarsılmaz bağların bariz nümunəsidir.”Qars Şəhid və Qazilər Dərnəyinin başqanı Muhsin Ağçay çıxış edərək bildirib ki, “Azərbaycan və Türkiyə şəhidlərinin qanı bu torpaqlarda qardaşlığımızı əbədi olaraq möhürləyib. Bu birlik gələcək nəsillərə miras qoyacağımız ən böyük dəyərdir.”
Naxçıvan Şəhid Ailələri İB sədri, şəhid atası Mais Gülməmmədov çıxış edərək bildirib ki, “Şəhid ailələrinin yanında olmaq, onların dərdlərini bölüşmək hər birimizin mənəvi borcudur.
Biz bu birliyi yaşatdıqca övladlarımızın xatirəsi də daim yaşayacaq.”İnkişafa və İslahatlara Dəstək İB sədri Ramil Əliyev çıxış edərək bildirib ki, “Bu cür tədbirlər yalnız bir xatirə mərasimi deyil, həm də gələcəyə inamın, birlik və həmrəyliyin güclənməsinin nümunəsidir. Əməkdaşlıqda gücümüzü birləşdirərək şəhid ailələri və qazilərimizin rifahına daha çox töhfə verməliyik.”
Cahan Holdinqin dəstəyi ilə təşkil olunan ziyafət şəhid və qazi ailələri üçün mənəvi dəstək, həmçinin unudulmaz bir həmrəylik bayramına çevrilib.













Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Avqust 2025 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri