Naxçıvanda “son 20 ilin borcu” adı altına hər ailədən 200 manat işıq pulu toplanır SAKİNLƏR QANUNSUZLUĞA ETİRAZ EDİR
Icma.az bildirir, Hurriyyet portalına istinadən.
Naxçıvan Muxtar Respublikası (MR), Kəngərli Rayon sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müəyyən səbəblərdən adlarının açıqlanmasını istəməyən şikayətçilər iddia edirlər ki, son vaxtlar rayonda hər evdən “elektrik enerjisi borcu” adı altında məcburi qaydada 200 manat yığılır. Onların sözlərinə görə, həmin vəsait “son 20 ilin borcu” adı altında toplanılır.
Şikayətçilər onu da bildirir ki, ödəniş etməyənlərə polis vasitəsilə təzyiq olunur.
Məsələ ilə bağlı Dövlət Energetika Xidməti rəisinin müavini, rəis vəzifəsini müvəqqəti icra edən Məhərrəm Abbasova sorğu ünvanladıq. Xahiş etdik ki, qeyd olunan məsələni aydınlaşdırıb, redaksiyamıza məlumat verilməsinə göstəriş versin.
Qurumdan Hurriyyet.az-ın sorğusuna cavab olaraq bildirildi ki, “deyilənlər həqiqəti əks etdirmir”.
Aynurə MUSTAFAYEVA
Hurriyyet.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 09 Yanvar 2025 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















