Naxçıvanda taxıl biçini başa çatıb, istehsalın həcmi 22 faiz artıb
Icma.az bildirir, 525.az portalına istinadən.
Naxçıvan Muxtar Respublikasında taxıl biçini başa çatıb.
525.az xəbər verir ki, bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildiriib ki, bu il 13 778,1 hektar sahədə biçin aparılıb. Biçilmiş sahələrin 4 108,2 hektarını buğda, 9 669,9 hektarını isə arpa təşkil edib.
Muxtar respublika üzrə, ümumilikdə, 45 914,2 ton taxıl məhsulu istehsal olunub. Məhsulun 15 320,4 tonu buğdanın, 30 593,8 tonu isə arpanın payına düşüb. Taxıl üzrə orta məhsuldarlıq hər hektardan 33,3 sentner, o cümlədən buğda üzrə 37,3 sentner, arpa üzrə 31,6 sentner olub.
Rayonlar üzrə ən yüksək orta məhsuldarlıq Şərur rayonunda qeydə alınıb. Burada hər hektardan orta hesabla 41,9 sentner olmaqla 11 578,0 ton taxıl toplanıb. Sədərək rayonunda hər hektardan 39,1 sentner olmaqla 6 288,0 ton, Babək rayonunda 34,4 sentner olmaqla 14 747,8 ton, Ordubad rayonunda 29,0 sentner olmaqla 1 686,4 ton, Culfa rayonunda 25,5 sentner olmaqla 3 266,5 ton, Şahbuz rayonunda 25,4 sentner olmaqla 1 326,0 ton, Kəngərli rayonunda isə hər hektardan 24,3 sentner olmaqla 5 504,1 ton taxıl məhsulu toplanıb. Naxçıvan şəhərində hər hektardan orta hesabla 32,0 sentner olmaqla 1 517,4 ton taxıl məhsulu əldə edilib.
2025-ci ildə muxtar respublikada15 029,4 hektar sahədən 37 648,8 ton taxıl toplanıb, orta məhsuldarlıq hər hektardan 25,1 sentner təşkil edib.
Baxış sayı:158
Bu xəbər 01 Sentyabr 2026 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















