Icma.az
close
up
RU
Naxçıvanda Ümummilli Liderin anım gününə həsr olunmuş elmi konfrans təşkil edilib AZƏRTAC

Naxçıvanda Ümummilli Liderin anım gününə həsr olunmuş elmi konfrans təşkil edilib AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Naxçıvan, 12 dekabr, AZƏRTAC

AMEA Naxçıvan Bölməsində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans keçirilib.

Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

“Əbədiyaşar lider” adlı konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi və qurucusudur. Xalqın yaddaşına əsl xilaskar kimi həkk olmuş Heydər Əliyev Ümummilli Lider statusunu gərgin və uzaqgörən siyasi fəaliyyəti, Azərbaycanın sabahı üçün gördüyü mühüm işlərlə qazanıb.

Bölmə sədri Ümummilli Liderin yüksək idarəçilik bacarığından, yürütdüyü uzaqgörən siyasətdən və həmin siyasətin bu gün ölkənin inkişafına bəxş etdiyi töhfələrdən söz açıb.

Konfransda İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Ümummilli Lider Heydər Əliyev və Türk dünyasının inkişaf strategiyası”, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Vətənə və xalqa xidmətin nümunəsi”, Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov “Ulu Öndər Heydər Əliyev və klassik irs” mövzusunda məruzələr ediblər.

Əbülfəz Quliyev Ümummilli Liderin fəaliyyətində Türk dünyasının birliyi məsələsinin yerindən, türk dövlətləri arasında mədəni əlaqələrin genişləndirilməsi və türk xalqlarının mədəni-mənəvi birliyi məsələsi ilə bağlı həyata keçirdiyi işlərdən bəhs edib. Ulu Öndərin İstanbul Bəyannaməsinin imza mərasimində söylədiyi nitqdən gətirdiyi nümunələr əsasında Heydər Əliyevin türk dövlətləri qarşısında müəyyənləşdirdiyi vəzifələri diqqətə çatdırıb. Bu gün daha da güclənən Türk dünyasının timsalında reallaşan Heydər Əliyev ideyalarından söz açıb.

Vəli Baxşəliyev Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci və ikinci dövründə ölkədə baş verən inkişaf və yeniliklərdən danışıb. Alim Heydər Əliyevin qanlı 20 Yanvar hadisəsinə verdiyi obyektiv qiyməti, nümayiş etdirdiyi qətiyyətli mövqeyi onun Azərbaycanın xilaskarı missiyasını uğurla yerinə yetirəcəyinə işarə kimi səciyyələndirib. Parçalanmaq təhlükəsi ilə üzləşən ölkənin xilası, Ermənistanla atəşkəsin əldə olunması, neft strategiyası sahəsində görülən işlər, beynəlxalq investorların ölkəyə cəlb edilməsi, dünya dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun artmasında Ulu Öndərin mühüm rolunu vurğulayıb. Ömrünü xalqın gələcəyinə həsr etmiş dahi liderin azad, müstəqil Azərbaycanın işıqlı sabahı üçün gördüyü işlərdən bəhs edib. Heydər Əliyev ideyalarının bu gün də uğurla davam etdirildiyini dilə gətirib.

Filologiya elmləri doktoru Fərman Xəlilov Ümummilli Liderin mədəniyyətimizə, ədəbiyyatımıza qayğısından danışıb. Alimin məruzəsi Heydər Əliyevin “Kitabi – Dədə Qorqud” irsinin gələcək nəsillərə daha dolğun çatdırılmasını və tədqiqatçıların əsərdən istifadəsini təmin etmək məqsədilə imzaladığı Sərəncam, dahi Azərbaycan şairi Nizami Gəncəvi irsinin tədqiqi, təbliği və mühafizəsi, Cənubi Azərbaycanla ədəbi-mədəni əlaqələrin yaradılması ilə bağlı görülən işlər və dahi şair Hüseyn Cavidin nəşinin Vətənə gətirilməsi kimi 4 mühüm məsələni əhatə edib.

Fakt və mənbələrdən gətirdiyi nümunələr əsasında fikirlərini ətraflı izah edən alim sonda Heydər Əliyev ideyaları əsasında irəliləyən Azərbaycanın müasir inkişafına nəzər yetirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Dekabr 2024 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri