Icma.az
close
up
RU
MDU da Ümummilli liderin anım gününə həsr olunmuş konfrans keçirilib

MDU da Ümummilli liderin anım gününə həsr olunmuş konfrans keçirilib

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


2025-ci ilin 11 dekabr tarixində Mingəçevir Dövlət Universitetində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Anım Gününə həsr olunmuş “Heydər Əliyev irsinin strateji əhəmiyyəti: davamlı inkişaf perspektivləri” mövzusunda, Mingəçevir şəhər İcra Hakimiyyətinin, Mingəçevir Dövlət Universitetinin və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə elmi-praktik konfrans keçirilmişdir.
Universitetdə keçirilən konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov, dəvət olunmuş qonaqlar, MDU-nun akademik-inzibati heyəti, professor-müəllimləri, tələbə və magistrantlar iştirak ediblər.
Öncə dahi şəxsiyyətin MDU-da olan büstünün önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Konfrans Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsində müstəsna tarixi xidmətlərini xüsusi vurğulayıb. O, ölkənin uzunmüddətli inkişaf strategiyasının müəyyən edilməsində Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi xəttin bu gün də uğurla davam etdirildiyini, regionların sosial-iqtisadi yüksəlişində isə həmin xəttin həlledici rol oynadığını qeyd edib. İlham İsmayılov, həmçinin, Mingəçevir şəhərində həyata keçirilən dövlət proqramları, urbanizasiya və sosial infrastruktur layihələrinin məhz Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının real nəticələri olduğunu diqqətə çatdırıb.
Daha sonra MDU-nun rektoru Anar Eminov çıxış edərək, Heydər Əliyevin təhsil siyasətinin Azərbaycanda elm və innovasiyaya əsaslanan müasir ali təhsil modelinin formalaşmasında həlledici rol oynadığını bildirib. O, Ulu Öndərin müəllimlərin statusunun yüksəldilməsi, təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması və gənclərin intellektual inkişafının dəstəklənməsi istiqamətində irəli sürdüyü strateji qərarların bu gün də ölkənin təhsil sistemində prioritet kimi qorunduğunu vurğulayıb.
Ardınca YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxış edərək, Heydər Əliyevin siyasi kursunun Azərbaycan dövlətçiliyinin dayaqlarını formalaşdıran əsas ideoloji xətt olduğunu bildirib. O, Yeni Azərbaycan Partiyasının məhz Ulu Öndərin yaratdığı siyasi irs əsasında ölkədə sabitlik, inkişaf və milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərdiyini qeyd edib.
Sonra Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov söz alaraq, Heydər Əliyevin həyata keçirdiyi balanslı sosial-iqtisadi siyasətin regionların idarə olunmasında yeni mərhələ yaratdığını bildirib. O, ölkədə yerli özünüidarəetmənin inkişafı, şəhər və qəsəbələrin müasir infrastrukturla təmin edilməsi, sosial rifah layihələrinin genişləndirilməsi istiqamətində Ümummilli Liderin qoyduğu konseptual əsasların bu gün də öz aktuallığını qoruduğunu vurğulayıb.
Konfrans proqrama uyğun olaraq məruzələrlə davam edib. MDU-nun əməkdaşlarından baş müəllim Vüsalə Mövlayeva “Heydər Əliyev fenomeni: Zəka, iradə, liderlik nümunəsi”, baş müəllim Səadət Ağakişiyeva “Unudulmayan ömür: Azərbaycan xalqının qəlbində yaşayan Heydər Əliyev obrazı”, baş müəllim Pərvin Hüseynova “Heydər Əliyev: təhsilin strateji inkişafının memarı” və müəllim Fəxriyyə İsayeva isə “İdeyadan zəfərə: milli irsi yaşadan dahi” mövzularında məruzələrlə çıxış ediblər.
Təqdim edilən məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanılıb.
Qeyd edək ki, MDU-da və Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr edilmiş silsilə tədbirlər keçirilir.










Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 11 Dekabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri