Naxçıvanda yaşayış kompleksinin nasosxanasına su dolması ilə bağlı tədbir görülüb
Icma.az, Apa.az saytına istinadən bildirir.
Naxçıvanda yaşayış kompleksinin nasosxanasına su dolması ilə bağlı tədbir görülüb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, 48-ci məhəllə adlanan ərazidə su borusunda baş vermiş nasazlıq səbəbindən yaşayış kompleksinin nasosxanasına su dolması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb edilib.
Mülki müdafiə alayının qüvvələri tərəfindən nasosxanaya dolmuş 80 ton suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Baxış sayı:81
Bu xəbər 07 Yanvar 2025 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















