Icma.az
close
up
RU
Naxçıvanda yerləşən hərbi hissələrə başçəkmələr həyata keçirilib AzPolitika onlayn siyasiictimai qəzet

Naxçıvanda yerləşən hərbi hissələrə başçəkmələr həyata keçirilib AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Komandanlığı və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı ilə tədbirlər planına müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşları tərəfindən DİN-in Daxili Qoşunlarının, Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordusunun və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin hərbi hissələrinə başçəkmələr həyata keçirilib.

Başçəkmələr zamanı qərargah, əsgər yataqxanası, məişət otağı, tibb hissəsi, yeməkxana və digər obyektlərə baxış keçirilib. Eyni zamanda, şəxsi heyətə Müvəkkilin səlahiyyətləri və hərbi qulluqçuların hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti, Ombudsmana müraciət formaları və “916” Çağrı Mərkəzi barədə ətraflı məlumat verilib, müvafiq məlumat lövhələri şəxsi heyətə uyğun olan yerlərdə yerləşdirilməsi üçün hərbi hissələrin komandirlərinə təqdim olunub.

Başçəkmələr zamanı hərbi hissələrin şəxsi heyəti, o cümlədən hərbi hissədə işləyən mülki şəxslərlə görüşlər keçirilib, onları maraqlandıran suallar cavablandırılıb, eyni zamanda, fərdi qaydada müraciət etmək istəyən hərbi qulluqçu və mülki şəxslər dinlənilib, müraciətləri qəbul edilib.

Hərbi xidmətin nizamnamələrə uyğun təşkilinin təmin edilməsinin gücləndirilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tövsiyələr verilib.

Naxçıvan Muxtar Respublikasında başçəkmə həyata keçirilmiş hərbi hissələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş xidməti mənzillərin, Əlahiddə Ümumqoşun Ordusunun N saylı hərbi hissəsində ailəli hərbi qulluqçuların övladları üçün nəzərdə tutulmuş uşaq bağçasının, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrində şəxsi heyətin asudə vaxtlarını keçirməsi üçün mərkəzlərin olması, eyni zamanda, Naxçıvan Qarnizonunun tam orta məktəbinin olması, Naxçıvan MR-in Fövqəladə Hallar Nazirliyinin Naxçıvan şəhərində yerləşən hərbi hissəsində təlim məqsədli xüsusi maneələr zolağının yaradılması müsbət hal kimi qiymətləndirilib.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Yanvar 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2021

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see239

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see199

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see184

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see181

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see160

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see155

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see138

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see137

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see135

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see130

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see129

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see128

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see127

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see126

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri