Icma.az
close
up
RU
Naxçıvandakı faciə ilə bağlı dəhşətli detal üzə çıxdı: İcazə vermədilər, lakin...

Naxçıvandakı faciə ilə bağlı dəhşətli detal üzə çıxdı: İcazə vermədilər, lakin...

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvandakı istirahət mərkəzində üç nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Şahbuz rayonunun Ayrınc kəndində sakinlərdən biri həyətində ailəvi istirahət məkanı açıb və orada qonaqlara xidmət edirmiş. Həyətin sahibi məkanın adını isə “Ayrınc” ailəvi istirahət evi adlandırıb.

Naxçıvan şəhər sakinləri – 1982-ci il təvəllüdlü Tural Hüseynov, həyat yoldaşı, 1983-cü il təvəllüdlü Sevinc Hüseynova, övladları, 2007-ci il təvəllüdlü Nicat Hüseynov, 2011-ci il təvəllüdlü Ceyran Hüseynova və qohumları, 1947-ci il təvəllüdlü Səbinə Məmmədova Şahbuz rayonunun Ayrınc kəndinə istirahətə gediblərmiş. Onlar həmin məkanda bir günlük kirayə ev tutub, orada istirahət etmək istəyiblər.

Həmin vaxt onlar ev sahibinin həyətində yaradılmış süni gölün üzərində kustar üsulla, dəmir çəlləklərdən hazırlanmış kanata bənzər qurğunu görüb, həmin qurğudan istifadə etmək qərarına gəliblər. Tural bununla bağlı ev sahibinə müraciət edib. Ev sahibi onlara həmin qurğuya üç nəfərdən artıq insanın minməsinə icazə verməyib. Amma ailə onun sözünə məhəl qoymayıb və həmin dəmir qurğuya beş nəfər daxil olub. “Kanat” gölün üzərinə çatanda qırılıb və ailənin hamısı gölə düşüb.

Hadisə nəticəsində Təranə Hüseynova və 14 yaşlı qızı Ceyran göldə dəmir çəlləklərin zərbəsindən dünyasını dəyişiblər. Hadisə nəticəsində xəsarət alan S.Məmmədova isə xəstəxanaya aparılarkən yolda keçinib. Hadisə zamanı gölə düşən Tural Hüseynov və oğlu Nicat sağ qalıblar.

Faktla bağlı araşdırmalar davam edir.

***

Şahbuzda istirahət mərkəzində su üzərində olan – əldə hazırlanmış platformanın aşması nəticəsində ölən şəxslərin adları məlum olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə zamanı 1983-cü il Hüseynova Sevinc Abdulla qızı, onun qızı 2011-ci il təvəllüdlü Hüseynova Ceyran Tural qızı və nənə, 1947-ci il təvəllüdlü Məmmədova Səbinə Xəlil qızı vəfat edib.

Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.

***09:57

Naxçıvanda istirahət mərkəzində bədbəxt hadisədən sonra xəstəxanaya gedərkən qəzaya düşərək xəsarət alanların vəziyyəti açıqlanıb.

Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-a Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yaralılarda ciddi xəsarət olmayıb.

Həmçinin əlavə olunub ki, vəziyyəti qənaətbəxş hesab edilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***09:04

Naxçıvanın Şahbuz rayonu Ayrınc kəndində yerləşən istirahət mərkəzlərinin birində faciəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, istirahət mərkəzində su üzərində olan platformanın aşması nəticəsində 3 nəfər ölüb.

İstirahət mərkəzində olanlardan biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Həyatını itirənlərin qohum olduğu bildirilir.

Hadisədən sonra təcili tibbi yardım avtomobili ilə birgə xəstəxanaya yollanan ailə üzvləri isə yolda qəzaya düşüb.

Qəza zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hər iki faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri