Vüqar Kərəmov: “Döyüşməyə icazə vermədilər”
Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Bakıdan çıxanda hiss etdim ki, vəziyyətim getdikcə pisləşir”.
Bu sözləri bir neçə gün öncə zəhərlənən və bu səbəbdən Yaponiyada keçirilməsi planlaşdırılan Rizin turnirində iştirak edə bilməyən azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmov deyib.
O, offsideplus.az-a açıqlamasında hazırda özünü nisbətən yaxşı hiss etdiyini bildirib:
“Bakıda təyyarəyə minəndə halım yaxşı deyildi. Bir qədər sonra isə ürəyim bulanmağa başladı. Yaponiyaya çatanda isə vəziyyətim daha da pisləşdi. Yoxlanışdan keçəndə həkimlər dedi ki, zəhərlənmisən. Döyüşməyə icazə vermədilər. Xeyirlisi. Ümid edirəm ki, tezliklə sağalıb, döyüşlərə qayıda biləcəyəm”.
Qeyd edək ki, Vüqar Kərəmov bu gün yaponiyalı rəqibi Koyomi Matsuşima ilə döyüşməli idi.
Təmsilçimiz Rizin təşkilatında keçirdiyi 10 döyüşün 7-də qələbə qazanıb.
Baxış sayı:79
Bu xəbər 03 Noyabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















