Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Naxçıvan şəhərinin bəzi ərazilərində içməli su olmayacaq.
SİA-nın yerli bürosunun məlumatına görə, magistral xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar martın 18-də Naxçıvan şəhərinin bəzi ərazilərində su təchizatında müvəqqəti fasilə yaranacaq.
Fasilə S.Vurğun, N.Naxçıvani, H.Aslanov, Z.Əliyeva, Ə.Qəmküsar küçələrini, 10 və 11-ci küçələri, Atabəylər, Babək, Əlincə, Azərbaycan məhəllələrini, həmçinin 6, 54, 56, 58, 60 və 61-ci məhəllələri əhatə edəcək.
Bununla yanaşı, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində də su təchizatında müvəqqəti məhdudiyyətlər olacaq.
Təmir-bərpa işləri gün ərzində yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq.
Baxış sayı:124
Bu xəbər 18 Mart 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















