Naxçıvanın relikt bitkilərinə dair yeni kitab nəşr olunub
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 30 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu və Naxçıvan Dövlət Universitetinin birgə təşəbbüsü ilə “Naxçıvan Muxtar Respublikası florasının relikt bitkiləri” adlı yeni kitab nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın müəllifləri professor Səyyarə İbadullayeva, biologiya üzrə fəlsəfə doktorları Mürsəl Seyidov, Elsəvər Əsədov və Hilal Qasımovdur. Elmi redaktorları akademik Tariyel Talıbov və professor Munir Öztürkdür.
Müəlliflər tərəfindən kitabda Naxçıvan Muxtar Respublikası florasına aid relikt bitkilərin yaranma tarixi, yayılma arealları, ekoloji xüsusiyyətləri və müasir vəziyyəti, həmçinin relikt bitkilərin morfoloji xüsusiyyətləri, polimorfizmi, miqrasiya prosesləri və region florasının formalaşmasında rolu kimi mühüm məlumatlar təqdim olunub.
Azərbaycan və ingilis dillərində hazırlanan bu nəşr regionun zəngin bitki örtüyünün öyrənilməsi istiqamətində mühüm addımdır.
Yeni nəşr botanika, geobotanika və biocoğrafiya sahəsində çalışan alimlər, tədqiqatçılar, eləcə də ali məktəb müəllimləri və tələbələri üçün dəyərli elmi mənbə hesab olunur.
Baxış sayı:148
Bu xəbər 30 Aprel 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















