Icma.az
close
up
RU
Naxçıvanın su hövzələrinə mediatur təşkil edilib FOTO

Naxçıvanın su hövzələrinə mediatur təşkil edilib FOTO

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən qlobal su böhranına, sudan səmərəli və qənaətli istifadənin vacibliyinə ictimai diqqəti artırmaq üçün muxtar respublikanın su hövzələrinə mediatur təşkil olunub.

APA-nın yerli bürosu xəbər verir ki, mediatur çərçivəsində jurnalistlər ilk olaraq Şahbuz rayonunun ərazisində, dəniz səviyyəsindən 2424 metr yüksəklikdə yerləşən "Qanlıgöl" sututarına baş çəkiblər. Burada məlumat verilib ki, ötən il həyata keçirilmiş mühüm və strateji əhəmiyyət daşıyan layihələrdən biri də "Qanlıgöl" sututarının suburaxıcı qülləsinin əsaslı şəkildə təmir olunmasıdır. Uzun illər təmir edilməyən və nəticədə istifadəyə yararsız hala düşmüş bu mühüm hidrotexniki qurğu, peşəkar yanaşma və müasir texnologiyalarla bərpa olunaraq öz funksionallığını tam şəkildə bərpa edib.

Sonra jurnalistlər Şahbuz Şəhər Təmizləyici Qurğular Kompleksinə və Şahbuz Çirkab Su Təmizləyici Qurğular Kompleksinə baxış keçiriblər. Media nümayəndələri komplekslərin ümumi infrastrukturu, texnoloji avadanlıqları və fəaliyyət prinsipi ilə yaxından tanış olublar. Mütəxəssislər tərəfindən jurnalistlərə komplekslərin gündəlik iş rejimi, çirkab suların mərhələli şəkildə təmizlənməsi prosesi, ekoloji tələblərə uyğun aparılan nəzarət mexanizmləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu qurğular müasir standartlara uyğun şəkildə qurulub, bölgədə ekoloji tarazlığın qorunması, əhalinin dayanıqlı və təmiz içməli su ilə təminatı baxımından mühüm əhəmiyyət daşıyır.

Səfər zamanı media nümayəndələri həmçinin Batabat yaylağında yerləşən unikal Batabat göllərinə də baxış keçiriblər. Sonda isə hazırda su səviyyəsi minimum həddə yaxınlaşan Heydər Əliyev su anbarında vəziyyətlə tanış olublar.

Mediatur çərçivəsində su ehtiyatlarının idarə olunması sahəsində həyata keçirilən tədbirlər, muxtar respublikanın içməli və suvarma su təminatının mövcud vəziyyəti, infrastruktur və görülən işlərlə əyani şəkildə tanış olan mediatur iştirakçılarının bütün sualları ətraflı şəkildə cavablandırılıb, jurnalistlərə bölgədəki su təsərrüfatının vəziyyəti və aparılan tədbirlər barədə ətraflı məlumat verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 İyul 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see186

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see185

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see175

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see145

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see143

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see143

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see141

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see135

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see132

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see131

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see130

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see126

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see126

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see125

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see125

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see120

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see120

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri