Icma.az
close
up
RU
Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə mediatur təşkil olunub

Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə mediatur təşkil olunub

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Oktyabrın 17-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə muxtar respublikaya mediatur təşkil edilib.

AZXEBER.COM xəbər verir ki, mediaturun əsas məqsədi Naxçıvanın eko, mədəni, sağlamlıq kimi çeşidli turizm imkanlarının nümayiş etdirilməsi, turizm əhəmiyyətli məkanlarının geniş auditoriyaya tanıdılması, eləcə də bölgəyə turist səfərlərinin təşviq edilməsidir.

Mediatur çərçivəsində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, media nümayəndələri Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində yerləşən Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi, Batabat yaylağı, buradakı haykinq marşrutları, həmçinin Naxçıvan şəhəri yaxınlığındakı "Duzdağ” Fizioterapiya Mərkəzinin fəaliyyəti və turizm potensialı ilə tanış olublar. 

Qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 17 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın tədbirlər planının icrasının təmin edilməsi məqsədilə Dövlət Turizm Agentliyinin "Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı etdirilməsi il bağlı 2025-2027-ci illər üzrə Fəaliyyət Planı” hazırlanıb. 

Bu fəaliyyət planına uyğun olaraq, Naxçıvan iqtisadi rayonu üzrə turizmin inkişafı, muxtar respublikada turizm infrastrukturunun yaxşılaşdırılması, o cümlədən müxtəlif turizm növlərinin (qış, kənd, eko və.s) inkişaf etdirilməsi, Naxçıvana xarici turoperatorların, xarici və yerli media nümayəndələrinin səfərlərinin təşkil edilməsi, turizm və rekreasiya zonalarının yaradılması, bölgənin turizm potensialının beynəlxalq auditoriyada tanıdılması və digər tədbirlər üzrə fəaliyyət davam etdirilir.

Naxçıvana səfər çərçivəsində "Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi”, "Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Nuh Peyğəmbərin məzarüstü türbəsi və Qafqazın ən böyük məscidlərindən biri hesab olunan Heydər məscidi də ziyarət olunub.

Səfər müddətində media nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 17 Oktyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri