Icma.az
close
up
RU
Həmkarlar İttifaqları Konfederasiyası Naxçıvanın turizm mərkəzlərinə mediatur təşkil edib AZƏRTAC

Həmkarlar İttifaqları Konfederasiyası Naxçıvanın turizm mərkəzlərinə mediatur təşkil edib AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan, 28 dekabr, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının turizm mərkəzlərinə mediatur təşkil olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, mediatur iştirakçıları əvvəlcə “Ağbulaq” İstirahət Mərkəzinə yollanıblar. Mərkəzlə əyani tanışlıq zamanı qeyd olunub ki, mərkəzdə eyni vaxtda 80 nəfəri qəbul edə bilən 38 otaq var. Otaqlar müasir avadanlıqlarla təchiz olunub. Həmçinin 3 restoran, 2 əyləncə parkı, kafe-bar, mini futbol və voleybol meydançaları da gələnlərin istifadəsindədir.

Vurğulanıb ki, istirahət mərkəzinin nəzdində Ağbulaq Xizək Mərkəzi də fəaliyyət göstərir. Dəniz səviyyəsindən 2078 metr yüksəklikdə yerləşən Mərkəzdə ümumi uzunluğu 1600, eni isə 30 metr olan dağ-xizək enişi, kanat yolu, süni qaryaratma sistemləri mövcuddur. Buranın əsas infrastrukturu kanat yoludur və saatda 1000 nəfərin istifadə edə biləcəyi kanatın uzunluğu 980 metrə yaxındır. Kanat yolunda hər biri 4 yerlik olmaqla, 59 oturacaq quraşdırılıb. Xizək Mərkəzi yüksək keyfiyyətli avadanlıq və xüsusi geyimlərlə təchiz olunub. Bir sözlə, “Ağbulaq” İstirahət Mərkəzində həm qış aylarında, həm də yay mövsümündə mənalı və səmərəli istirahəti üçün hər cür şərait yaradılıb.

“Duzdağ” istirahət kompleksi ilə tanışlıq zamanı məlumat verilib ki, kompleks ləziz və sağlam mətbəxi, bir-birindən maraqlı əyləncə növləri, geniş və işıqlı otaqları ilə 5 ulduzlu məkanın lüks və rahatlığını özündə birləşdirir. Hoteldə 144 otaq və 7 villa var. İstirahət kompleksindəki aqua-park, sürüş zolağı, oyun zalı və kafedən ibarət Duzdağ Kartinq Mərkəzi, Duzdağ Hotel Spa Mərkəzi, mini futbol meydançası buraya üz tutanların ixtiyarındadır.

“Duzdağ” Fizioterapiya Mərkəzinə gələn qonaqlara bildirilib ki, labirint şəklində, ümumi uzunluğu 42 kilometr olan Duzdağın yeraltı hissəsi girişdən 350 metr məsafədə, 110 metr dərinlikdədir. Burada ilin bütün fəsillərində havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət 24-50 faiz arasında dəyişir. Duzu bir çox xəstəliklərin, o cümlədən bronxial astma, bronxit, astma öncəsi vəziyyət, pollinoz, astmatik komponentli xroniki bronxit, allergik rinit və digər xəstəliklərin müalicə və profilaktikasında faydalıdır. Mərkəzdə xəstələr üçün 474 çarpayı mövcuddur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Dekabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see231

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see221

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see194

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see170

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see167

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see164

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see160

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see148

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see144

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see143

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see141

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see140

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see140

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see137

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see136

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see129

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri