Icma.az
close
up
RU
Dəyişən geosiyasi vəziyyətin DİKTƏSİ: Naxçıvanla bağlı STRATEJİ QƏRAR FOTO

Dəyişən geosiyasi vəziyyətin DİKTƏSİ: Naxçıvanla bağlı STRATEJİ QƏRAR FOTO

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı diqqəti Prezident İlham Əliyevin tapşırığı ilə 2004-cü ildən başlayaraq Naxçıvanın qaz təminatının yerinə yetirilməsinə çəkib.

Bildirib ki, Naxçıvanda bu gün qaz təminatı 100 faizdir. O, buna rəğmən, Prezident İlham Əliyevin təşəbbüsü ilə ikinci qaz xəttinin Türkiyə ərazisindən Naxçıvana çəkilməsinə hazırlığın yüksək səviyyədə olduğunu qeyd edib.

Maraqlıdır, əgər Naxçıvan 100 faiz qazla təmin olunursa, bunun üçün resurslar, infrastruktur varsa, Türkiyə ərazisindən ikinci qaz xəttinin çəkilməsinə nə ehtiyac var? Bunun iqtisadi, siyasi əhəmiyyəti nədən ibarətdir?

Mövzu ilə bağlı Medianews.az-a danışan enerji məsələləri üzrə ekspert, iqtisadçı Zəfər Vəliyev bildirib ki, SSRİ dövründə Naxçıvanın qaz təchizatı ilə bağlı Yevlax-Xankəndi-Laçın-Gorus-Şahbuz-Naxçıvan yüksəktəzyiqli magistral qaz boru xəttinin inşasına başlanılıb və 1980-ci ildə layihə uğurla başa çatdırılıb.

Onun sözlərinə görə, elə həmin il Naxçıvan şəhərinə ilk dəfə təbii qazın verilməsi təmin edilib: “Adıçəkilən qaz xətti Ermənistan ərazisindən keçdiyindən, 1990-cı ildə  bu ölkənin işğalçılıq siyasəti Naxçıvana gələn bütün kommunikasiya xətlərinin kəsilməsinə səbəb olub. Nəticədə muxtar respublikaya təbii qazın verilməsi  dayandırılıb. Azərbaycan da vəziyyətdən çıxış yolu kimi alternativ mənbələrə əl atmağa məcbur olub. İkinci dəfə muxtar respublikaya təbii qazın verilməsi 14 ildən sonra , 2004-cü ildə SOCAR və İran Milli Qaz İxracat Şirkəti arasında bağlanmış təbii qaz mübadiləsi haqqında müqavilə əsasında həyata keçirilib. 2005-ci il dekabrın 20-də Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Culfa-Naxçıvan magistral qaz xətti istifadəyə verilib. Lakin son bir neçə ildə İranda yay və qış mövsümündə  ölkədaxili qaz təchizatında, eləcə də elektrik enerjisi təminatında ciddi problemlər özünü büruzə verib. Təbii ki, bu, Naxçıvanın qaz təchizatının dayanıqlılığını yenidən aktuallaşdırıb”.

İqtisadçı qeyd edib ki, bu amili əsas götürən Azərbaycan hökuməti muxtar respublikanın dayanıqlı enerji təminatını həyata keçirmək məqsədilə Naxçıvana Türkiyə üzərindən yeni qaz kəmərinin çəkilməsini məqsədəuyğun sayıb: “2020-ci ilin dekabrında Ankarada İğdır-Dilucu-Naxçıvan Qaz Boru Xəttinin inşası ilə bağlı qarşılıqlı anlaşma memorandumu imzalanıb. İllik ötürücülük gücü 730 milyon kubmetr olan boru kəmərinin ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulub. Yeni qaz kəməri vasitəsilə nəql ediləcək təbii qaz molekul tərkibinə görə Azərbaycan mənşəli qazdır və muxtar respublikanın dayanıqlı  qaz təminatında mühüm rol oynayacaq. Kəmərin nəzərdə tutulmuş layihə gücündə fəaliyyətə başlaması ilə İran üzərindən mübadilə əsaslı qaz tədarükünə ehtiyac yaranmayacaq və qaz tədarükü ilə bağlı əlavə xərclərə son qoyulacaq. Azərbaycanın karbohidrogen ehtiyatları illərdir strateji müttəfiqimiz olan Türkiyə üzərindən beynəlxalq müştəri bazarlarına daşındığından, Naxçıvanın enerji təhlükəsizliyinin Türkiyə üzərindən təmin edilməsi dəyişən geosiyasi vəziyyətdə daha məqsədəuyğundur və strateji əhəmiyyət daşıyan qərardır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Dekabr 2024 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri