Icma.az
close
up
RU
Nazilə Səfərlidən İTTİHAMLAR KONKRET

Nazilə Səfərlidən İTTİHAMLAR KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

“Gövhər xanım böyüklərindən nəyi eşidibsə, gələcək nəsillərə də onu aşılayır. Bu, hər bir normal vətəndaşın borcudur. Xına, toy, nişan, ad günü mərasimləri aparan şəxslərin özəl həyatı və əqidəsi heç kimə maraqlı deyil. Peşəkar olsun yetər. Lakin xında özəllik ondan ibarətdir ki, xınanı yaxanda xeyir dua verirsən”.

KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında tanınmış şairə və xına mərasimləri aparıcısı Nazilə Səfərli deyib.

O, qarmon ifaçısı Gövhər Rzayevanın boşanmış qadınların xına mərasimləri aparmaması ilə bağlı fikirlərinə haqq qazandırıb:

“Əgər sənin başın bütöv deyilsə, ailə sarıdan yarımamısansa, bu sənin günahın deyil. Amma insanların istəsək də, istəməsək də inancları var. Onlar inanırlar ki, dul, 2 dəfə ərə getmiş, övlad itirmiş və ya sonsuz bir qadın gəlinin əlinə xına yaxanda, onun yaşadıqları onların da övladının başına gələ bilər.

Bütün bunlar toy sahiblərinin öz fikirləridir. Orada xoşbəxt qadınlar da var axı. Kim öz övladına arzu edər ki, onun əri öldü, mənim balamın da əri ölsün? Əksinə hamı deyir ki, filankəs necə bəxtəvərdir. Mənim övladlarım da elə olsun. Biz yaxşı niyyətə kökləndiyimiz üçün Gövhər xanımın da sözlərində həqiqət var. Lakin bunun aparıcılıqla əlaqəsi yoxdur”.

Şairə bildirib ki, valideyn xeyir-duası ilə evlənməyən xanımlar toy sahiblərinə də hansısa nəsihəti verə bilməz:

“30 ildir evliyəm. Mənim ailəm, 2 hörmətli, izzətli balam, bir nəvəm var. Qaynanamın da qulluğunda dururam. Bu söhbələr mənə aid deyil. Kimə aiddirsə, o da dərhal çıxdı ortaya. Aparıcı aparıcılığını etsin.

Pul alıb xına təşkil edirik. Heç vaxt ər qulluğunda durmayan qadın gedib toy sahibinə deyə bilməz ki, bala ərinə qulluq elə. Buna ixtiyarı çatmır. Özü qaynana qabağında durmayan, qapısına elçi gəlməyən qadınlar heç kəsə məsləhət verməməlidir. Yarımamaq başqa şeydir. Bilirsən ki, telli-duvaqlı gəlin getməmisən. Sənə hörmət qoymayıblarsa belə, başqasının qızına xeyir-dua verə bilməzsən. Anan alından öpüb xeyir-dua verməyib, atan çıraq başında fırlatmayıb, belinə qırmızı lent bağlayıb qapından çıxartmayıblar. Qoşulub kiməsə getmisənə, başqasının qızına abır dərsi verə bilməzsən”.

Nazirə Səfərli “xınanı xoşbəxt qadınlar yaxmalıdır” fikrini dəstəkləyib:

“Nəsildə o qədər xoşbəxt xanımlar var ki, imkan verin evlənən xanıma da xınanı onlar yaxsın. Sən isə öz məclisini apar. Bu işə qazanmaq üçün girmisənsə, icazə ver xoşbəxt analar gənclərə xeyir-duanı versinlər.

Elə xına aparıcısı tanıyıram ki, viskini içib, gəlin üçün “Qurani-Kərim”dən “Fələq” və “Nas” surəsini oxuyub. Ortalığa çıxmağa cəsarəti yox imiş deyə, belə bir şey edib. Qısası Gövhər xanım haqlıdır”.

Qeyd edək ki, tanınmış qarmon ifaçısı Gövhər Rzayeva bildirib xına mərasimlərini boşanmış, uşağı olmayan və subay xanımlar aparmamlıdır. Onun bu fikri müzakirələrə səbəb olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Yanvar 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri