Icma.az
close
up
RU
Nazim Əliyev: Ondansa yerli məşqçiyə uzunmüddətli güvənmək olar

Nazim Əliyev: Ondansa yerli məşqçiyə uzunmüddətli güvənmək olar

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin sabiq hücumçusu, məşqçisi Nazim Əliyev apasport.az saytına müsahibə verib.

- Azərbaycan milli komandasının Haiti və Belarusa məğlubiyyətini necə şərh edərdiniz? Millimiz nəyə görə bu cür uğursuzluğa düçar oldu?
- Təbii ki, hamımız daha yaxşı olmasını istəyirik. Məğlubiyyətlər bizim üçün üzücüdür. Açığı, mən də bu oyunlarda yaxşı nəticələr gözləyirdim. Amma fikirləşirdim ki, asan olmayacaq. Çünki rəqiblər asan komandalar deyil. Təəssüf ki, belə nəticələr qeydə alındı. Demək ki, götür-qoy etməli olduğumuz məsələlər var.

- Azərbaycan millisini bu durumdan kim və nə çıxara bilər? Fernandu Santuşu postundan göndərmək çıxış yoludur?
- Bəli, məşqçiyə vaxt lazımdır. Amma nəsə etmək lazımdır. Az zaman da deyil ki, buradadır. Ümid edək ki, Fernandu Santuş milliyə ilk qələbəsini qazandıracaq. Çünki yaxşı oyunçularımız var. Onlarla nəsə etmək olar. Legioner məşqçini gətirmişik, bu qədər oyun ard-arda uduzuruqsa, ondansa yerli məşqçiyə uzunmüddətli güvənmək olar. Yerli futbolçuların psixoloji və ümumi durumların yerli məşqçilər daha yaxşı bilir. Bu cür addım da atmaq olar.

- Azərbaycan millinin əvvəlki illərlə fərqi nədir? Sanki əvvəllər milli hətta böyükhesablı məğlubiyyətlərdən sonra bir oyunda geridönüş edib qalib gəlirdi. İndi isə milli bunu heç cür edə bilmir. Komandada lider görünməməsinin təsiri var?
- Bilirsiz, bir qələbə millimizdəki əhval-ruhiyyəni, inamı da dəyişə bilər. Bu heç, orası elədir. Bir qələbə lazımdır. O olduqdan sonra davamı gələ bilər. Çünki oyunlar zamanı şanslar yaradırıq. Hər halda, nəticələr belədir, Santuşla uduzuruq. Halbuki yaxşı olmalıyıq. Qarşıdakı görüşlərdə uğurlu olacağımıza inanmaq istəyirəm. 

- Milli komandamızı qarşıda DÇ-2026-da Ukrayna, İslandiya və Fransa ilə görüşlər gözləyir. Bu oyunla haqda hansı fikirdəsiz? Millimizin bu qrupda nə etməyə gücü çatacaq?
- Ağır qrupdur. Amma mümkünsüz heç nə yoxdur. Təbii k, onlarla oynamaq olar, xal qazanmaq mümkündür. Görək də, necə olacaq. Çətin olacağı dəqiqdir. Oyunlar hər şeyi göstərəcək. Ardıcıl məğlubiyyətlərə görə belə ağır qrupdan yaxşı nəticələrlə ayrılmaq çətin olacaq.

- 20 il əvvəl "Oser faciəsi" baş vermişdi. Bu dəfə də bunun təkrarlana biləcəyindən narahat olanlar var. Sizin fikriniz necədir?
- İndiki vaxtla o vaxtki dövr bir deyil. Hazırda milllimiz üçün çox yaxşı şərait yaradılıb, hər cür şərait var. Ümid edək ki, uğursuz nəticə olmayacaq. Fransa ilə görüşdə də yaxşı olar. Həmin oyunu xatırlayıram. Milli əlindən gələni etmişdi. Amma Fransa yığması çox güclü idi, heyətində güclü oyunçular var idi. İndi də belədir. Nə deyim, ümid edək ki, bu dəfə elə olmayacaq.

Region Liqasında qalmaqal - 5 qırmızı vərəqə Lənkəran klubu ölkə çempionatından kənarlaşdırıldı İntizam Komitəsinin iclası keçirilib - Bütün qərarlar Yığmamız Xorvatiya ilə qarşılaşacaq “Turan Tovuz” - “Qarabağ” matçının biletləri satışa çıxarılıb
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://apasport.az
archiveBu xəbər 27 Mart 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri