Icma.az
close
up
RU
İranın “HÜCUM” diplomatiyası ONDANSA...

İranın “HÜCUM” diplomatiyası ONDANSA...

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Müharibənin qaynar fazasında İran ABŞ-la mümkün danışıqlar üçün ultimativ şərtlər irəli sürüb. “Əl Mayadin” telekanalının məlumatına görə, Tehran yalnız bir neçə tələbinin yerinə yetiriləcəyi təqdirdə əlavə addımları müzakirə etməyə hazır olduğunu bildirib.

Bura müharibənin yenidən başlamamayacağına, yəni, gələcəkdə İrana hücum edilməyəcyinə dair ABŞ-nin təhlükəsizlik zəmanəti, nüvə enerjisi obyektlərində tam nüvə yanacaq dövriyyəsini tətbiq etməsinə razılıq, bir də hərbi əməliyyatların nəticələrinə görə kompensasiya ödəmək öhdəliyi daxildir...

Göründüyü kimi, İran sərbəst şəkildə atom silahı yönündə səylərini davam etdirmək üçün də ABŞ-dən zəmanət tələb edir. Hansı məsələ ki, problemlərin problemi sayılır.

Aydındır ki, ABŞ kapitulyasiya xarakterli bu tip şərtləri və zəmanəti yaxına buraxmaz. Əsas da ona görə ki, bu, artıq iki dəfə müharibəyə səbəb olmuş şərtlərdir. Daimi sülh üçün isə həqiqətən real və ortaq sülh gündəliyi vacibdir. İranın başının dinc olması üçün, sanksiyalardan qurtulması və normal inkişafı üçün ayrı yol görünmür...

İran rejimi ilk növbədə haram saydığı atom silahına can atmayacağına dünyanı inandırmalıdır. Mexanizmi fikirləşib tapmaq müvafiq beynəlxalq strukturların işi. Axı, nədən o, dinc məqsədlər üçün 3-5% bəs elədiyi halda, 60 faizdən yuxarı zənginləşdirdiyi və 10 atom silahına bəs edəcək 400 kilo uran üzərində bunca əsir?

Bu həm də ona görə vacibdir ki, cənub qonşumuz nüvə dövlətinə çevrilən kimi regionun digər dövlətləri, özəlliklə Türkiyə və Səudiyyə Ərəbistanı da özünün atom bombasına malik olmaq istəyəcək. Düz də edəcək...

Başqa sözlə, bu müharibənin yekunu özündə bir müddət sonra bölgədə növbəti böyük hərbi qarşıdurmanın zəminini daşımalıdır. Əksinə, region daha rahat nəfəs almalıdır. Bu isə ən əvvəl İran hakimiyyətindən asılıdır. Hansı hakimiyyətin ki, monolitliyindən danışmaq çətindir.

Bunun daha bir sübutu yeni seçildiyi deyilən ali dini lider Müctəba Xomeneinin hələ də üzə çıxmamasıdır. Hətta ölkə parlamentində onun liderlik keyfiyyətini şübhə altına qoyan bəyanatlar səslənib. O zaman sual yaranır ki, danışıqları kim aparacaq və mümkün anlaşmalara kim qarant duracaq?

Yenə bu xüsusda legitim prezident sayılan Məsud Pezeşkian yada düşür. Ancaq SEPAH ölkəni böhrandan çıxarmaq üçün ona şans-imkan verəcəkmi?..

Bu arada sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov İranla bağlı maraqlı fikirlərini bölüşüb.

Onun müşahidəsinə görə, hazırda vəziyyətin Suriya (Ukrayna, Liviya, İraq və s.) ssenarisinə doğru getdiyinin mənfi dinamikası aydın görünür. Politoloq baş verənləri vahid dövlətin parçalanması prosesi kimi xarakterizə etməyin tərəfdarıdır. Arqumentləri isə aşağıdakılardır:

“- çeşidli xarici amillər səbəbindən siyasi, iqtisadi və sosial sahələrin müxtəlif sektorlarına cavabdeh və sabit fəaliyyət göstərən dövlət qurumlarının (strukturlarının) itirilməsi;

- fəaliyyət sahələrinə, regional və etnik-konfessional göstəricilərə görə hakimiyyətin parçalanması;

- vahid xarici, müdafiə, iqtisadi və sosial siyasət həyata keçirmək qabiliyyətinin itirilməsi;

- konstitusiyaya zidd güc mərkəzlərinin formalaşması və möhkəmlənməsi, eləcə də onların vəziyyətin inkişafına təsiri;

- təhsil sisteminin, səhiyyənin, sosial təminatın, asayişin, məhkəmə sisteminin və s. deqradasiyası və dağılması;

- hava hücumundan müdafiə, hava qüvvələri, elektron kəşfiyyat, hərbi təhsil və s. kimi mürəkkəb, yüksək texnologiyalı müdafiə sistemlərinin dağılması” (Axar.az).

Keçmiş nazirin qənaətincə, bütün bunlar təxminən orta əsr Avropasının şəhər-dövlətləri vəziyyətinə qayıtmaq, bir növ sivilizasiya geriləməsidir. “İranda başlamış deqradasiyasının davam edəcəyini söyləmək olar. Hərbi əməliyyatların mahiyyəti, İran müqavimətinin formaları və taktikaları, o cümlədən hakim rejimin parametrləri qlobal oyunçuların yuxarıda qeyd olunan məqsədlərinə çatmasını təmin edəcək şəkildə formalaşdırılacaq”, - politoloq əlavə edib.

Yaxın günlərdə bu proqnozların doğrulma dərəcəsini görəcəyik. Ancaq bir şey dəqiqdir ki, indiki müharibəyə gətirən səbəblər aradan qalxmayınca İran rejimi yeni və daha dağıdıcı müharibədən sığortalana bilməyəcək... /Musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Mart 2026 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri