Icma.az
close
up
RU
Nazir: 2015ci ildən bəri pambıq əkini sahələri 6 dəfə, məhsuldarlıq isə 2 dəfəyə yaxın artıb

Nazir: 2015ci ildən bəri pambıq əkini sahələri 6 dəfə, məhsuldarlıq isə 2 dəfəyə yaxın artıb

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda pambıqçılıqda "ağıllı" üsullardan istifadə edilməsi nəticəsində 2015-ci ildən bəri ölkədə pambıq əkini sahələri təxminən 6 dəfə, məhsuldarlıq isə 2 dəfəyə yaxın artıb.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində təşkil olunmuş "Davamlı Gələcək üçün İrsin Yetişdirilməsi: Kənd Təsərrüfatı, Mədəniyyət və İqlim Dayanıqlığının İnteqrasiya edilməsi" adlı tədbirdə bildirib.

"İnnovativ təcrübələr Azərbaycanın kənd təsərrüfatı mənzərəsini formalaşdırır. Qoruyucu və dəqiq əkinçilik torpağın sağlamlığını artırır, sintetik gübrələrdən asılılığı və istixana qazı emissiyalarını azaldır. Böyük aqroparklarda yerləşdirilmiş texnikalar karbonun saxlanılmasına kömək edir və strategiyamızın ayrılmaz hissəsi olan davamlı torpaq idarəçiliyini təşviq edir", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, iqlim problemləri olsa da, biomüxtəlifliyin qorunması və suyun idarə olunmasına yönəlmiş müasir islahatlar vasitəsilə əkinçilik ənənələri qorunub-saxlanılır: "İqlim dəyişikliyi dünyanın hər bir regionuna təsir edir və Azərbaycan da istisna deyil. Son illər biz tez-tez quraqlıqlar, qeyri-müntəzəm yağıntılar və su qıtlığı müşahidə edirik. Aqrar istehsalın 80-90 %-i suvarmadan asılıdır. Suyumuzun yarısından çoxu sərhədlərimizdən kənarda formalaşır, yağıntı miqdarının dəyişməsi ilə suyun səmərəli idarə edilməsi prioritet məsələyə çevrilib. Bu problemləri həll etmək üçün biz suvarma sistemlərimizi modernləşdiririk. Hər damcı su önəmlidir".

Bundan başqa, M.Məmmədov deyib ki, 2022-ci ildə rəhbərlik etdiyi nazirlik Milli Əhəmiyyətli Kənd Təsərrüfatı İrsi Sistemlərinin (GİAHS) müəyyən edilməsi və mühafizəsi üzrə İşçi Qrup yaradıb: "Bu təşəbbüs vacib sortların müəyyən edilməsi və mühafizəsi üçün institusional çərçivəni inkişaf etdirmək məqsədi daşıyır. Mədəni, tarixi və ekoloji əhəmiyyəti ilə tanınan MIAHS nəsillərə ötürülən köhnə təcrübələr vasitəsilə milli ərzaq təhlükəsizliyinə, biomüxtəlifliyə və mədəni kimliyə töhfə verən ənənəvi kənd təsərrüfatı sistemlərini əhatə edir. Məsələn, Almaniya Üzümçülük İnstitutu ilə birgə üzüm irsimizi canlandıran və iqlimə davamlı üzüm bağlarını təşviq edən yüzdən çox yerli üzüm sortunu müəyyən edib. Bununla yanaşı, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq su qıtlığına daha yaxşı dözə bilən yerli pambıq sortları müəyyən edilir. Yerli məhsulları tanıtmaq və kənd təsərrüfatı irsimizi qeyd etmək üçün biz ölkə daxilində festivallar təşkil edirik. Göyçayda Nar Festivalı, Zaqatalada Fındıq və Qoz Festivalı, Lənkəranda Çay, Çal və Sitrus Festivalı kimi tədbirlər Azərbaycanın kənd təsərrüfatının güclü tərəflərini vurğulayır və yerli iqtisadiyyatı dəstəkləyir. Hər il keçirilən Milli Yaylaq Festivalı dağ otlaqlarına köçmək, torpaqla mədəni əlaqələri qorumaq və davamlı təcrübələri təşviq etmək ənənəmizə hörmətlə yanaşmaqdır".

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://report.az
archiveBu xəbər 18 Noyabr 2024 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see133

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see131

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri