Icma.az
close
up
RU
Nazir Adil Kərimli ICESCO ilə əməkdaşlıqdan danışdı FOTOLAR

Nazir Adil Kərimli ICESCO ilə əməkdaşlıqdan danışdı FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Martın 17-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının 3-cü iclası keçirilib.

"Unikal" xəbər verir ki, təşkilatın Bakı şəhərində yerləşən Regional Ofisində gerçəkləşən iclasda Milli Komissiyanın sədri, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli gündəlik haqqında məlumat verib, ölkəmizin ICESCO ilə əməkdaşlığından danışıb. 

Qeyd olunub ki, ICESCO ilə əlaqələrin inkişaf edirilməsi ölkəmiz üçün xüsusi önəm daşıyır. Bu əməkdaşlıq Azərbaycanın İslam dünyasındakı mövqeyini möhkəmləndirir, multikulturalizm və tolerantlıq modelimizi təbliğ edir, həmçinin beynəlxalq səviyyədə humanitar və mədəni diplomatiyamızın effektivliyini artırır.

Nazir bildirib ki, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan–ICESCO əməkdaşlığı daha da inkişaf edərək yeni səviyyəyə yüksəlib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası tərəfindən təşkilatın fəaliyyətinə davamlı dəstək göstərilir. Heydər Əliyev Fondu da Azərbaycanın ICESCO ilə əlaqələrində xüsusi rol oynayır. Fondla ICESCO arasında əməkdaşlıq çərçivəsində müxtəlif layihələr, tədbirlər həyata keçirilib və bu istiqamətdə fəaliyyətin qarşıdakı illərdə daha da genişləndirilməsi nəzərdə tutulur.

Sonra Milli Komissiyanın baş katibi, Mədəniyyət Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Fərrux Cumayev Katibliyin fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.

ICESCO-nun Bakı Regional Ofisinin direktor müavini Məryəm Qafarzadə çıxışında qısa müddətdə Regional Ofisin  fəaliyyətinin tam formalaşdırıldığını deyib. Bildirib ki, bu prosesdə dövlət başçısının göstərişi ilə Mədəniyyət Nazirliyi tərəfindən ofisin fəaliyyətinə zəruri dəstək göstərilib.

Daha sonra Milli Komissiyanın 2026–2028-ci illərə dair Fəaliyyət planı müzakirə olunub, Komissiya üzvlərinin rəy və təklifləri dinlənilib. 

Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi, millət vəkili Soltan Məmmədov Fondla ICESCO arasında gələcək əməkdaşlıq barədə məlumat verib.

İclasda həmçinin Milli Komissiyanın veb-səhifəsinin təqdimatı olub.

Sonda birgə foto çəkdirilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Mart 2026 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see327

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see311

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see284

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see273

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see270

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see257

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see246

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see243

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see233

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see227

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see220

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see219

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see213

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see204

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see203

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see200

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see200

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see193

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see189

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri