Icma.az
close
up
RU
Nazir: Aktiv məşğulluq proqramlarının genişləndirilməsi prioritet fəaliyyət istiqamətlərindən biridir

Nazir: Aktiv məşğulluq proqramlarının genişləndirilməsi prioritet fəaliyyət istiqamətlərindən biridir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 9 oktyabr, AZƏRTAC

Ölkəmizdə sosial təminat sisteminin gücləndirilməsi sahəsində bu il də mühüm addımlar atılıb və Prezident İlham Əliyevin tapşırıqları əsasında icra olunan növbəti islahat paketi çərçivəsində pensiya, müavinət və təqaüdlərdə yeni artımlar edilib. Bununla yanaşı, aktiv məşğulluq proqramlarının genişləndirilməsi, həssas əhali qruplarının əmək bazarına çıxış imkanlarının artırılması prioritet fəaliyyət istiqamətlərindən biridir.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev nazirlikdə keçirilən kollegiya iclasında bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sosial ödənişlərdəki artımın bir göstəricisi olaraq, bu ilin 9 ayında pensiya təminatı üzrə ayrılan vəsaitin 467 milyon manat artaraq 5 milyard 326 milyon manat təşkil etdiyi qeyd olunub. Həmin dövrdə müavinətlər üzrə 861 milyon manat, Prezident təqaüdləri üzrə 551 milyon manat ödənildiyi və bu istiqamətdə də ayrılan vəsaitdə 7 faiz artım olduğu bildirilib.

Doqquz ayda nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin proqnozla müqayisədə 6 faiz və ya 342 milyon manat çox olmaqla 5 milyard 889 milyon manat, xərclərinin ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 481 milyon manat çox olmaqla 5 milyard 628 milyon manat təşkil etdiyi diqqətə çatdırılıb. Dövlət Məşğulluq Agentliyi tərəfindən 137 min nəfərin işlə təmin edildiyi, 13,5 min nəfər peşə hazırlığına cəlb olunduğu, daha 15,7 min nəfərin özünüməşğulluq proqramına, 205 min nəfərin peşəyönümü xidmətlərə cəlb edildiyi qeyd edilib. İcrasına başlanan yeni məqsədli proqramların sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluq imkanlarının artırılması, onlar üçün iş yerlərinin yaradılması baxımından əhəmiyyəti vurğulanıb.

Əmək müqavilələrinin 96 faizinin elektronlaşdırıldığı qeyd edilib. Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin bu ilin doqquz ayında işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 380,8 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən etdiyi, görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənildiyi, əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 56 işçinin yenidən əvvəlki işlərinə bərpa etdirildiyi bildirilib.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisələrində 2 min 174 nəfərə stasionar, 397 nəfərə yarımstasionar xidmətlər, həmçinin uşaq evi və ailə tipli kiçik qrup evi sosial xidmət müəssisələrində 551 nəfər uşağa, 30 şəhər və rayonda yaradılan Günərzi Qayğı Mərkəzlərində 900 nəfər uşağa xidmətlər göstərildiyi bildirilib.

Bu ilin yanvar-sentyabr aylarında DOST mərkəzlərində 658 min vətəndaşa xidmət göstərildiyi, DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin DOST xidmətləri ilə əhatə olunmaları üçün atılan addımların davamı olaraq bu ilin avqust ayında Qarabağ Regional DOST Mərkəzinin Kəlbəcər rayonunda DOST məntəqəsinin istifadəyə verildiyi qeyd edilib.

Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 9 ayda 40,4 min şəxsə əlillik təyin edildiyi, 103 min şəxsin reabilitasiya xidmətləri, həmçinin əlilliyi olan 11,2 min şəxsin 104 min reabilitasiya vasitəsi ilə təmin edildiyi diqqətə çatdırılıb.

Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən aparılan işlər, yaşıl iqtisadiyyat çərçivəsində yeni peşələrin müəyyən edilməsi və yaşıl keçidin bacarıqları, peşə təhsilinə təsiri ilə bağlı tədqiqatların aparıldığı qeyd olunub.

İclasda yeni hazırlanmış 130 peşə və kvalifikasiya standartı təsdiq edilib. Qeyd olunan sahələrdə, habelə sənədlərlə və vətəndaşların müraciətləri ilə iş, vətəndaş qəbulu sahələrində görülmüş işlərin nəticələri və qarşıda duran vəzifələr müzakirə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see186

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see185

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see180

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see174

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see146

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see144

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri