Icma.az
close
up
RU
Nazir Anar Əliyev Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində olub

Nazir Anar Əliyev Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində olub

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində olub.

O, müəssisədə sakinlərin yaşayışı, asudə vaxtlarını səmərəli keçirmək üçün yaradılan şəraitlə, burada ahıllara göstərilən xidmətlərlə tanış olub.

Bildirilib ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti ahıllara dövlət qayğısının artırılması sahəsində mühüm addımların atılmasına imkan verib. Bu istiqamətdə görülən işlər  çərçivəsində Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi üçün son illərdə 5 mərtəbəli 170 yerlik əlavə korpus istifadəyə verilib, çarpayı sayı 300-ə çatdırılıb. Hazırda 229 ahıl şəxsin yaşadığı müəssisədə hər bir sakin lazımi məişət avadanlıqları ilə təchiz edilmiş otaqla təmin edilib. 

Həmçinin Heydər Əliyev Fondunun həssas qruplarla, habelə Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri ilə bağlı ardıcıl olaraq həyata keçirdiyi dəstək tədbirləri, humanitar aksiyalar diqqətə çatdırılıb. 

Qeyd edək ki, müasir tələblərə uyğun şəraitinin yaradıldığı müəssisədə sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün kitabxana və idman zalları, müəyyən əl işləri hazırlamaq üçün emalatxanalar və s. vardır. Ahılların asudə vaxtını səmərəli keçirmək üçün tədbirlər, mədəniyyət mərkəzlərinə, muzeylərə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyalar, gəzintilər də təşkil olunur.

A.Əliyev müəssisədə daimi dövlət himayəsində  yaşayan ahıllarla görüşüb, onların qayğıları ilə maraqlanıb. Ahıl şəxslər burada onlar üçün yaradılan şəraitdən, göstərilən xidmətlərdən  razılıqlarını bildirib, diqqət və qayğı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. 

Nazir söhbət zamanı müəssisədə sakinlərin yaşayış şəraitinin, stasionar şəraitdə keyfiyyətli sosial xidmətlərlə təminatının daim diqqətdə saxlandığını vurğulayıb. Görüşdə bir neçə ahıl şəxs öz yaradıcılıq qabiliyyətlərini, ifaçılıq bacarıqlarını da nümayiş  etdirib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Mart 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri