Icma.az
close
up
RU
Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib

Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 10-da Bakının Mərdəkan qəsəbəsində yerləşən 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sosial xidmət müəssisəsinin fəaliyyəti barədə Leyla Əliyevaya məlumat verib. Müəssisədə 150-dək uşağın dövlət himayəsində yaşamaqla, reabilitasiya xidmətləri ilə təmin edildiyi qeyd olunub.

Leyla Əliyeva müəssisədə uşaqların bacarıqlarının artırılması üçün yaradılmış emalatxana, əmək terapiyası, məşğələ, aktiv terapiya, musiqi, idman otaqları ilə tanış olub. Uşaqlar geyim dəfiləsi nümayiş etdirib, rəqslər ifa edib, qonaqlarla birgə kətan üzərində rəsm çəkiblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti paytaxtın Ramana qəsəbəsindəki Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində də olub. Burada Leyla Əliyevaya peşə reabilitasiyasının təşkili işləri barədə məlumat verilib.

Bu il müəssisədə əlilliyi olan 15-29 yaşlı 500 şəxsə xidmət göstərildiyi, hazırda 143 benefisiarın peşə təlimində olduğu qeyd edilib. Mərkəzə qəbul edilənlərin dövlət hesabına yataqxana, yemək və reabilitasiya xidmətləri ilə də təmin olunduğu bildirilib.

Leyla Əliyeva Mərkəzdə peşə təlimi prosesi ilə tanış olub, əlilliyi olan gənclərin stolüstü oyunlarını izləyib, boccia üzrə milli komandanın üzvləri ilə görüşüb.

Benefisiarlar Azərbaycanın Dövlət Himnini jest dilində ifa ediblər. Sonra onların əl işlərindən ibarət geyimlərin moda nümayişi olub.

Təlim kursunda olan gənclər “İnnabı” rəqsini ifa ediblər və Leyla Əliyeva onlarla birgə rəqs edib. Əlilliyi olan şəxslər, həmçinin mahnılar, Leyla Əliyevanın şeirlərini səsləndiriblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti tərəfindən hər iki sosial xidmət müəssisəsinə hədiyyələr təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Dekabr 2024 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see203

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see194

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see173

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see169

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see155

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see137

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see131

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see129

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see126

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see125

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see125

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see125

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri