Nazir Avropa İttifaqını ittiham etdi: “ABŞ ilə danışıqlar...”
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Avropa İttifaqı rəhbərliyi ABŞ ilə gömrük rüsumlarını azaltmaq barədə razılaşa bilərdi, amma bunu etmədi və indi bu laqeydlik ittifaqın iqtisadiyyatına zərbə vuracaq”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto özünün "X" hesabında yazıb:
"Avropanın iqtisadiyyatı və əhalisi yenə Brüsselin bacarıqsızlığını ödəyir. ABŞ-nin ötən gün gömrük rüsumlarını tətbiq etməsi bunu göstərir. Avropa Komissiyası ABŞ ilə danışıqlar aparmalı idi. Onların iki ay yarım vaxtı vardı, heç nə etmədilər".
Qeyd edək ki, 2 aprel tarixində ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ hökuməti bir çox ölkədən idxal edilən məhsullara gömrük rüsumları tətbiq edəcək və Aİ-yə qarşı 20 % dərəcə tətbiq olunacaq.
Səbinə Uğur
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 03 Aprel 2025 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















