Icma.az
close
up
RU
Nazir “Azdrama”da aktyorlarla görüşdə nə danışıb? Bir rejissor heç vaxt teatrı qaldıra bilməz...

Nazir “Azdrama”da aktyorlarla görüşdə nə danışıb? Bir rejissor heç vaxt teatrı qaldıra bilməz...

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xalq artisti Əli Nur mədəniyyət naziri Adil Kərimlinin son dönəmlər qalmaqallarla gündəmə gələn Akademik Milli Dram Teatrının (Azdrama) kollektivi ilə ötən gün keçirilən görüşündən danışıb.

Ə.Nur Pravda.az-a açıqlamasında deyib ki, görüşdə nazir aktyorların arzu və istəklərinə dəqiq, düzgün cavablar verib.

“Nazir teatrın yüksək fəaliyyətindən danışdı, uğurlar dilədi. Bildirdi ki, “Azdrama” hər zaman dünya miqyasına çıxıb, bundan sonra da çıxacaq. Cənab nazir aktyorların bütün suallarına geniş və hərtərəfli cavab verdi. Mən də təklifimdə dedim ki, teatr rejissor sənəti deməkdir. Vaxtilə Sovet dövründə məşhur olan “Azdrama”da ən çox altı rejissor paralel işləyirdi, yaradıcılıq rəqabəti var idi. Tamaşaların hazırlanması, aktyorların seçilməsi, birinci dərəcəli aktyorların aparıcı lokomotiv olması, ikinci dərəcəli aktyorlara rol verilməməsi, eyni zamanda tarixi faktlara əsaslanan söhbətlər oldu. Bildirdik ki, “Azdrama”da bir rejissor hegemonluğu yox, dörd-beş nəfər rejissorun çalışdığı sənət məbədi olsun. Rejissor varsa, yaxşı teatr, film var. Bir rejissor heç vaxt teatrı qaldıra bilməz. Buna görə də qabaqcıl rejissorlar cəlb edilməli, ştata götürülməlidir. Hansısa rejissoru dəvət etməklə heç vaxt teatrda artım olmaz. Rejossorun dəvət nəyinə lazımdır? Tamaşanı qoyub, qonorarını alıb, çıxıb gedəcək. Ştatda olan rejissorlar isə can yandıracaqlar. Cənab nazir hamı ilə razılaşdı, çox səmimi görüş keçdi. Cənab Prezidentin aktyorlara, teatrlara göstərdiyi qayğı və diqqətdən danışdı”, - o bildirib.

Xalq artisti son dönəmlər “Azdrama” rəhbərliyi barədə səslənən iradların nazirlə görüşün gündəliyində olub-olmaması barədə suala isə belə cavab verib: “Oldu, amma bu məsələ bizlik deyil. Rəhbərliyi təyin edən cənab nazirdir. Aktyorların buna qarışmaq ixtiyarları yoxdur. Aktyor ancaq öz yaradıcılığı ilə məşğul olmalı, hadisə yaradan, uğur gətirən rollar oynamalıdır”.

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://pravda.az
archiveBu xəbər 17 Aprel 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see183

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see131

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see122

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see116

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see115

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see115

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see113

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see113

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see113

Maskın təklifi

08 İyun 2025 04:23see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri