Icma.az
close
up
RU
AzDrama da etirazlara səbəb Günəş imiş...

AzDrama da etirazlara səbəb Günəş imiş...

Icma.az, Olay.az portalına istinadən məlumat yayır.

AzDrama-da etirazlara səbəb Günəş imiş...

Əməkdar artist Mehriban Xanlarovanın Akademik Milli Dram Teatrındakı tamaşalara başqa teatrlardan aktyor-aktrisa gətirilməsinə etiraz etmişdi.

Kulis.az-a müsahibəsində fikirlərini dilə gətirən sənətçi teatrın bədii rəhbəri Mehriban Ələkbərzadənin bu addımını qınadığını bildirmişdi.

OLAY-ın əldə etdiyi məlumata görə, etirazlara əsas səbəb yaxın aylarda səhnəyə qoyulacaq “Baş” tamaşası ilə bağlıdır. Belə ki, Elçinin romanı əsasında səhnələşdirilən eyniadlı tamaşaya Yuğ Dövlət Dram Teatrının aktrisası Günəş Teqin dəvət olunub. O, Ağabəyim Ağa obrazı üçün AzDrama-da səhnəyə çıxacaq.

Başqa teatrdan məhz bu obraz üçün aktrisa gətirilməsi Mehriban Xanlarovayla yanaşı, moderator.az-ın iddiasına görə, Əli Nur və başqa sənətçiləri də qıcıqlandırıb.

Qeyd edək ki, M.Xanlarova müsahibəsində məsələyə belə münasibət bildirmişdi:

“1998-ci ildən bu günə qədər 27 ildir ki, AzDramada külüng vururam. Bu teatrın səhnəsində, kulisində, tamaşalarında keçən illərim mənim sənətə və AzDramanın dəyərlərinə bağlılığımı sübut edir. Bu səbəbdən hər hansı bir məsələ ilə bağlı öz fikrimi bildirmək haqqına sahibəm. AzDramada hər yaş qrupuna aid peşəkar aktyor və aktrisalar var. İllərlə bu teatrın səhnəsində püxtələşmiş, müxtəlif obrazlarla tamaşaçıların sevgisini qazanmış sənətkarlarımız var. Belə olduğu halda, Mehriban Ələkbərzadənin başqa teatrdan aktrisa gətirməsi nə dərəcədə doğrudur? Bizdə aktrisa qıtlığı var? Əlbəttə ki, yox!”.

Onun sözlərinə görə, Mehriban Ələkbərzadənin başqa teatrlardan aktrisalar gətirməsi Akademik Milli Dram Teatrına illərini verən sənətçilərə hörmətsizlikdir:

“AzDrama-ya kənardan aktrisa dəvət edilməsinə etiraz edən təkcə mən və Əli Nur müəllim deyilik. Başqa həmkarlarımız da bu məsələdə narazılıqlarını arxa planda bildirirlər. Sadəcə, adlarının qalmaqalda hallanmasını istəmirlər. Hər kəs özünə cavabdehdir. Əli Nur müəllim də, mən də haqsızlığa susa və göz yuma bilmirik. Teatrımıza kənardan aktrisa dəvət edilməsinə etirazımızın əsas səbəbi teatrımızın nüfuzunun qorunmasıdır. Teatrımızda uzun illərdir çalışan peşəkar aktrisalarımızın mövcudluğu və onların səhnə təcrübəsi nəzərə alınmalıdır. Bu cür qərarlar teatrın daxili potensialını qiymətləndirməmək kimi qəbul edilə bilər və kollektivin motivasiyasına mənfi təsir göstərə bilər. Bizim məqsədimiz teatrımızın ənənələrini və peşəkarlığını qorumaq, daxili resurslarımızı daha səmərəli istifadə etməkdir. Əli Nur müəllim və mən bu məsələdə haqsızlığa susa və göz yuma bilmirik. Ümid edirik ki, gələcəkdə belə qərarlar qəbul edilərkən teatrımızın nüfuzu və kollektivin maraqları nəzərə alınacaqdır. AzDramanın səhnəsində illərdir parlayan, müxtəlif janrlarda özünü sübut etmiş yetərincə istedadlı aktrisa var. Niyə onların zəhməti, potensialı nəzərə alınmır? Bu teatrın sənətkarlarını kənarda qoyub başqa teatrdan aktrisa axtarmaq, burada çalışanlara hörmətsizlikdir. AzDramanın aktyor və aktrisalarına layiq olduqları dəyər verilməlidir! Onların çəkdiyi zəhmət və səhnədə qazandıqları təcrübə gözardı edilməməlidir. Teatrda seçimlər şəxsi yanaşmaya yox, aktyorun istedadına və teatrın prinsiplərinə əsaslanmalıdır! Mənim Mehriban Ələkbərzadə ilə heç bir şəxsi qərəzim yoxdur və bilirəm ki, onun da mənə qarşı heç bir şəxsi qərəzi yoxdur. Lakin bu məsələyə biganə qala bilmərəm. Çünki mən bu teatrda illərimi vermişəm, səhnəsində çalışmışam, tamaşalarına həyat vermişəm. Bu səbəbdən, söz haqqım var və öz fikrimi açıq şəkildə bildirməkdən çəkinmirləm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://olay.az
archiveBu xəbər 06 Mart 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri