Icma.az
close
up
RU
Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 17 dekabr, AZƏRTAC

17 dekabr - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi (MSN) işçilərinin peşə bayramı və nazirliyin yaradılmasının 20 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə müdafiə sənayesi naziri Vüqar Mustafayev və nazirliyin əməkdaşları Fəxri Xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə gül dəstələri düzülüb.

Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Tədbir Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında geniş tərkibdə davam etdirilib. Rəsmi hissənin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.

Sonra MSN-in 20 illik fəaliyyətini əks etdirən “Dəmirin səsi” adlı film nümayiş olunub.

Müdafiə sənayesi naziri Vüqar Mustafayev peşə bayramı və MSN-in yaradılmasının 20 illik yubileyi ilə əlaqədar kollektivi təbrik edib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Nazir bildirib ki, müasir dövrdə müdafiə sənayesi artıq yalnız silah və hərbi texnika istehsalı ilə məhdudlaşmır, elmi-texnoloji inkişafın, insan kapitalına yatırılan sərmayələrin və milli iqtisadiyyatın mühüm tərkib hissəsinə çevrilib. O qeyd edib ki, son 20 ildə iqtisadi cəhətdən güclənən Azərbaycan bu sahədə milli maraqlara əsaslanan, müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub.

V.Mustafayev Prezident İlham Əliyevin müdafiə sənayesi ilə bağlı müəyyən etdiyi hədəflərə toxunaraq, dövlətimizin başçısının bu sahədə yüksək texnologiyaların tətbiqi və milli istehsal potensialının artırılması ilə bağlı verdiyi tapşırıqların nazirliyin bütün struktur bölmələrində fəaliyyətin səmərəliliyini artırdığını diqqətə çatdırıb.

Nazir müasir müharibələrin xarakterinin dəyişdiyini qeyd edərək, XXI əsrdə döyüş meydanında pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli silahlar, süni intellekt əsaslı idarəetmə sistemləri, elektron müharibə və kiberməkanın həlledici rol oynadığını bildirib. O, Vətən müharibəsinin bu reallıqları təcrübədə təsdiqlədiyini və yerli istehsalın, texnoloji çevikliyin əhəmiyyətini açıq şəkildə nümayiş etdirdiyini qeyd edib.

Silahlı Qüvvələrin ehtiyaclarının operativ və keyfiyyətli təmin edilməsi məqsədilə müdafiə sənayesi müəssisələrində genişmiqyaslı modernizasiya işləri aparıldığını, istehsal sahələrinin yeniləndiyini, rəqəmsallaşma və avtomatlaşdırma səviyyəsinin artırıldığını vurğulayan V.Mustafayev zavodların istehsal imkanlarının artırılması nəticəsində dövlət müdafiə sifarişlərinin vaxtında və keyfiyyətlə icrasının təmin edildiyini, eyni zamanda ixrac potensialının genişləndirildiyini diqqətə çatdırıb.

Nazir müdafiə sənayesi sahəsində özəl sektorun roluna xüsusi diqqət yetirərək, hazırda 15 özəl şirkətin bu sahədə lisenziya əsasında fəaliyyət göstərdiyini, bu şirkətlərin dron texnologiyaları, süni intellekt, elektronika, radio-elektron mübarizə, raket sistemləri və digər yüksək texnoloji istiqamətlər üzrə istehsal və tədqiqatlar apardıqlarını diqqətə çatdırıb. O, artıq bir sıra özəl şirkətlərin məhsullarının dövlət sifarişi çərçivəsində Silahlı Qüvvələrə təhvil verildiyini də vurğulayıb.

V.Mustafayev Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında son dövrdə müşahidə olunan müsbət dinamikadan bəhs edərək, Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri və regional sülh gündəliyi çərçivəsində aparılan müzakirələrin həm təhlükəsizlik mühitinə, həm də müdafiə sənayesinin beynəlxalq əməkdaşlıq perspektivlərinə müsbət təsir göstərdiyini xüsusi qeyd edib.

O, çıxışında kadr potensialının inkişafı və innovasiya fəaliyyətinin də prioritet istiqamətlərdən olduğunu bildirərək, intensiv təlim proqramları, ali təhsil müəssisələri ilə əməkdaşlıq və xaricdə təhsil imkanları hesabına müdafiə sənayesi üçün ixtisaslı kadr ehtiyatının formalaşdırılması istiqamətində əməli işlər görüldüyünü diqqətə çatdırıb.

Nazir sonda vurğulayıb ki, müdafiə sənayesi yalnız istehsal müəssisələrindən ibarət deyil, dövlət, ordu, elm və biznes arasında qarşılıqlı əlaqəyə əsaslanan kompleks ekosistem kimi fəaliyyət göstərir. Onun gücü ayrı-ayrı elementlərdə deyil, bu elementlər arasında qurulan effektiv əməkdaşlığa dayanır. Dövlət strukturları, ali təhsil və elmi-tədqiqat müəssisələri və özəl sektor ekosistemin əsas sütunlarını təşkil edir və dayanıqlı inkişaf yalnız onların koordinasiyalı fəaliyyəti ilə mümkündür.

“Vektor DS” şirkətinin rəhbəri Hicran Valehov çıxış edərək peşə bayramı və nazirliyin yaradılmasının 20 illik yubileyi münasibətilə MSN-in kollektivini təbrik edib, onların peşəkarlığını və göstərdikləri fədakarlığı yüksək qiymətləndirib. O, Azərbaycanın müdafiə sənayesinin sürətli inkişafı və ixrac potensialının artırılmasının ölkəmizin strateji maraqlarına xidmət etdiyini və bu prosesdə dövlət-özəl tərəfdaşlığının mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

H.Valehov yerli istehsal imkanlarının gücləndirilməsindən və beynəlxalq bazarlarda Azərbaycan istehsalı olan müdafiə təyinatlı məhsullara olan maraqdan bəhs edib.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev ölkəmizdə müdafiə sənayesi sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirib. O, AzTU ilə MSN-in yaxından əməkdaşlıq etdiyini, müdafiə sənayesi sahəsində tədris və tədqiqat fəaliyyətlərini genişləndirməyə, sənayenin innovativ inkişafına töhfə verməyə çalışdıqlarını qeyd edib.

Rektor universitet və sənaye arasında əməkdaşlıq platformalarının yaradılmasının, həmçinin yeni layihələrin həyata keçirilməsinin milli müdafiə sənayesinin daha da güclənməsinə təkan verdiyini diqqətə çatdırıb.

V.Vəliyev gələcək nəsil mühəndislərin və tədqiqatçıların hazırlanmasında MSN-in rolunun əhəmiyyətindən danışıb və bu sahədə qarşılıqlı dəstəyin və əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.

Çıxışlardan sonra qarşıya qoyulmuş tapşırıqların icrasında xüsusilə fərqləndiyinə görə Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları müxtəlif növ təltiflərlə mükafatlandırılıblar.

Tədbir bədii proqramla davam etdirilib.

Sonda V.Mustafayev və qonaqlar Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müdafiə sənayesi sahəsinə göstərdiyi diqqət və qayğının kiçik bir hissəsini özündə əks etdirən fotosərgi ilə tanış olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see291

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see250

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see198

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see191

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see161

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see154

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see149

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri