Nazir: Azərbaycanda məktəbəqədər təhsilə cəlbolunma faizi artır
Icma.az bildirir, News24 portalına istinadən.
Məktəbəqədər təhsildə əhəmiyyətli artım qeydə alınıb.
News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirilən brifinqdə deyib.
Nazirin sözlərinə görə, son illərdə məktəbəqədər təhsilə cəlb olunma faizi əhəmiyyətli dərəcədə artıb. Əgər 2013-cü ildə 1-5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlbolunma göstəricisi 16,2 faiz idisə, 2018-ci ildə bu rəqəm 26,7 faizə, 2022-ci ildə isə 32 faizə yüksəlib. 2025-2026-cı tədris ili üzrə bu göstəricinin 40 faizə çatacağı proqnozlaşdırılır.
Emin Əmrullayev qeyd edib ki, məktəbəqədər təhsilin inkişafında valideyn-dövlət-özəl tərəfdaşlığı, icma əsaslı qruplar, məktəbəhazırlıq qrupları və məktəbəqədər təhsil müəssisələrinin genişləndirilməsi mühüm rol oynayır.
Aqil Qarayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 11 Sentyabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















