Icma.az
close
up
RU
“Nazir Bakıda 4 ailəni qanunsuz olaraq mənzilindən köçürüb, özünə 6 otaqlı mənzil düzəldib...”

“Nazir Bakıda 4 ailəni qanunsuz olaraq mənzilindən köçürüb, özünə 6 otaqlı mənzil düzəldib...”

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bağırov məni dinləyib qışdırdı: “Səsini kəs! Partiyadan qovaram səni! Gərək səni həbs etdirəydim!”..” 

“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...

İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”

Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...

Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.

Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.

Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:

"İstintaq materiallarından...

(Əvvəli burada:)

Şahid Mustafayev Ələkbər Səlim oğlu: 

“Mən demişəm ki, Bağırov 700 ədəd su quşu üçün xüsusi bir hovuz tikdirir, ceyran, vəhşi qu quşları saxlayır...” 

Tənqid üstündə mən 1947-ci ildə DTN müavini vəzifəsindən çıxarıldım. Həmin ilin 16 iyununda Bağırovun adına ərizə yazıb ərizə yazıb məni qəbul etməsini xahiş etdim. Bağırov məni qəbul etdi. Mən ona dövlət təhlükəsizlik naziri Yemelyanovun, onun müavini Atakişiyevin, şöbə müdiri Eyyub Qasımovun, şöbə müdirinin müavini Aleksandr Popovun və b. partiyaya yaraşmayan hərəkətlərindən, məişət pozğunluqlarından danışdım. Konkret olaraq bildirdim ki, Yemelyanov öz katibəsi Demidovaya ilə yaşayır, Bakıda dörd ailəni qanunsuz olaraq mənzilindən köçürüb, özünə altı otaqlı mənzil düzəldib. Bakı icraiyyə komitəsinin ayırdığı 60,000 manatdan əlavə 30,000 manat da DTN-nin hesabına, özü üçün bahalı avadanlıq alıb, mənzilinin təmiri üşün məxfi şöbənin işçisi Lartsevdən fəhlə kimi istifadə edib. Qanunsuz olaraq türmədən keçmiş rumın təbəəsini- antisovet təbliğat apardığına görə tutulmuş Sirotanı azad etdirib. Yalnız ona görə ki, o, gözəl dərzidir və Yemelyanovun və bütün ailə üzvlərinin paltarlarını tikir... 

Atakişiyev barədə bildirdim ki, o, Kommunist küçəsindəki gizli mənzili mənimsəyib (indi də orada yaşayır). O, İrana gedərkən alverçi arvadını da özüylə götürüb. Arvadı Atakişiyevin adından istifadə edərək Bakının müxtəlif mağazalarından sistematik şəkildə mal götürürmüş. Bundan əlavə, bacısı İranda yaşadığına görə onu İrana buraxmaq qanunu pozmaq demək idi... 

Qasımov haqqında dedim ki, vaxtından qabaq həbsdən azad olunmuş cinayətkar olduğundan (o, həbsdən Bağırovun və Markaryanın vəsatətəti ilə azad olunub) yenə də öz əməllərindən əl çəkmir. Popovla birgə sistematik olaraq sabun, benzin, əlif, naftalin və digər şeylər oğurlayıb, öz aralarında bölürlər, hələ Yemelyanova və Atakişiyevə də pay çatır (bu məsələyə partiya iclasında baxıldı)... 

Bağırov məni dinləyib qışdırdı: “Səsini kəs! Partiyadan qovaram səni! Gərək səni həbs etdirəydim!” 

Sonra isə bir qədər yumşalaraq əlavə etdi: “Yaxşı, get. Dövlət Nəzarət Nazirliyində işləyəcəksən”(Bağırovun qəbuluna gələrkən mən heç bir yerdə işləmirdim)...

Bundan sonra mən Dövlət Nəzarət Nazirliyində siravi nəzarətçi kimi işləməyə başladım. Bağırovla söhbətdən bir neçə gün sonra yeznəm doktor Cavadovu, anam Xavər Rəşidzadəni və bacım Firuzəni həbs etdilər... 

Lakin ailəmə divan tutmaq bununla bitmədi... 

1948-ci ilin 6 avqustunda Azərbaycan KP MK-nın şöbə müdiri Martirosov məni MK-ya çağırıb, partiya biletimi aldı və bildirdi ki, bu barədə MK-nın bürosunun qiyabi qərarı var. Sonra məni partkollegiyanın katibi Novruzov yanına çağırdı, təklif etdi ki, ərizə yazım, günahlarımı boynuma alaraq Bağırovdan rəhm diləyib, aman istəyim. Mən bu təklifi rədd edib, Moskvaya getdim. Partiyadan çıxarılmağım barədə şikayət etdim. Mən “Balçuq” mehmanxanasında yerləşmişdim... 

Bir neçə gündən sonra Həmzə Şabanbəyov mehmanxanaya, yanıma gəldi və arvadımdan məktub gətirdi. Şabanbəyov bildirdi ki, bacım Qəmər Əlizadənin xahişi ilə gəlib. O məndən uzaqlaşmır, məni qonaq edirdi. Şabanbəyov məndən Cavadov (yəni öz yeznəm) və o biri qohumlarımın işi barədə ərizə yazmaqda ona köməklik etməyimi xahiş etdi, ancaq mən imtina etdim. Ertəsi gün o, yanıma sağ əli sarıqlı halda gəldi və bildirdi ki, qolu sərpib, xahiş edirəm, ərizənin qaralamasını yazasan. Mən yenə də ərizə yazmaqdan boyun qaçırdım. O, işimin gedişi ilə, Moskvada kimə müraciət etməyimlə maraqlanırdı... 

Mənim şikayətim baxılmaq üçün Bakıya göndərildi. Bağırov şikayətimin onun özü, T.Quliyev, Qəzənfər Məmmədov barədə çox kəskin tonda yazıldığını görüb, mənim işimi yenidən büro iclasında qoydu. Bundan sonra mən 15 ay heç bir yerə işə girə bilmədim... 

Yalnız 1949-cu ilin fevralında Bağırovun mənə yazığı gəldi və kommunal təsərrüfat nazirliyinin evlər idarəsində inspektor işləməyə icazə verdi. Mənim işim həyətlərin, ayaqyollarının təmizliyinə nəzarət etmək idi. Repressiyalar daha sonralar da davam edirdi. Qızım Lomonosov adına Moskva universitetinə əla qiymətlərlə imtahan versə də, onun namizədliyi keçmədi və o, universitetə daxil olmadı...

(Davamı var) 

Təqdim etdi:

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Yanvar 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri